Cəbrayıl rayonunda səhiyyənin inkişafı diqqət mərkəzindədir

Cəbrayıl rayonunda səhiyyənin inkişafı diqqət mərkəzindədir











Cəbrayıl rayon mərkəzi xəstəxanasının baş həkimi Hüseyin Əhmədov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Cəbrayıl rayon mərkəzi xəstəxanasının baş həkimi Hüseyin Əhmədovdur.

Cəbrayıl rayon mərkəzi xəstəxanasının baş həkimi Hüseyin Əhmədov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən baş həkimdir

İşğaldan əvvəl rayonda 1 Mərkəzi Rayon Xəstəxanası, 1 poliklinika, 1 uşaq xəstəxanası, 1 təcili tibbi yardım, 1 sanitar epidemioloji, 6 kənd sahə xəstəxanası, 11 kənd həkim məntəqəsi, 52 feldşer-mama məntəqəsi, 4 aptek və 1 vərəm dispanseri fəaliyyət göstərirdi.

Ərazilərimizin işğalından sonra isə Mərkəzi Rayon Xəstəxanasının 19 minə yaxın rayon əhalisinin kompakt məskunlaşdığı 4456 evdən ibarət 11 qəsəbədə 1 ədəd 50 çarpayılıq kənd sahə xəstəxanası, 6 feldşer-mama məntəqəsi, 4 həkim məntəqəsi, Saatlı rayonu Əlisoltanlı, Sabirabad rayonu Güdəcühür fin tipli qəsəbələrin hər birində 1 ədəd feldşer-mama məntəqəsi, 10-cu qəsəbədə isə Gigiyena və Epidemiologiya Mərkəzi fəaliyyət göstərir.

Mərkəzi Rayon Xəstəxanasının tabeliyində olan tibb müəssisələrində, Gigiyena və Epidemiologiya Mərkəzində hazırda 23 həkim, 66 nəfər orta tibb işçisi olmaqla cəmi 89 nəfər işçi çalışır.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər