Mərkəzi Neftçilər Xəstəxanası poliklinikanın müdüri Hüseyin Şahmalıyev - Eşitdiklərim və gördüklərim

Mərkəzi Neftçilər Xəstəxanası poliklinikanın müdüri Hüseyin Şahmalıyev - Eşitdiklərim və gördüklərim







Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Mərkəzi Neftçilər Xəstəxanası poliklinikanın müdüri Hüseyin Şahmalıyevdir.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Mərkəzi Neftçilər Xəstəxanası poliklinikanın müdüri Hüseyin Şahmalıyevin adı, Bakı ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Mərkəzi Neftçilər Xəstəxanası poliklinikanın müdüri Hüseyin Şahmalıyev - Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası (MNX) inkişaf edərək, Avropanın istənilən müasir klinikası ilə rəqabət aparacaq bir səviyyəyə yüksəlib. Mübahisəsiz demək olar ki, bu gün xəstəxanamız istər müalicə-diaqnostika avadanlığı ilə təminat, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından ən müasir klinikalardan biridir.

Bizim əsas məqsədimiz xəstəxananın və tibbi personalın imkanlarından geniş istifadə edərək müraciət edən insanlara ən yüksək səviyyədə tibbi xidmətləri göstərmək və xəstəxana nəzdində illərlə yaranmış tibb məktəbini inkişaf etdirməkdir.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər