Qoruqların qorunması dövlətin xüsusi diqqətindədir!

Qoruqların qorunması dövlətin xüsusi diqqətindədir!




Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor əvəzi Hikmət Əlizadədir.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Hikmət Əlizadə vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və cənab nazir Hüseynqulu Bağırovun etimadını yüksək səviyyədə doğrulda bilən bir vəzifə sahibidir.

******
Hikmət Əlizadə - 1993-cü ildə xalqın tələbi ilə yenidən müstəqil Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev tərəfindən ətraf mühitin mühafizəsi və bioloji müxtəlifliyin qorunmasına xidmət edən bir sıra tədbirlər həyata keçirildi. Bizi əhatə edən təbiətə böyük qayğı və həssaslıqla yanaşan Heydər Əliyev: “Ətraf mühitə insani münasibət göstərilməsi, biomüxtəlifliyin qorunub saxlanılması bizim gələcəyimiz üçün çox vacibdir. Biz təbiətdən təcrid olunmuş şəkildə yaşaya bilmərik”,- deyirdi. Bu müstəvidə də Heydər Əliyevin sərəncamı ilə 2001-ci ilin may ayında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı. Bu qurum isə öz növbəsində Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllində böyük rol oynamağa başladı.

Son 10 ildə təbiətin qorunması məsələsinə daha çox diqqət ayırılıb: “Azərbaycan ərazisində fəaliyyət göstərən təbiət qoruqlarının mühafizəsi yüksək dərəcədədir. Ölkədə fəaliyyət göstərən milli parklar, təbiət qoruqları və yasaqlıqların hər birinə ayrı nəzarət edilir. Mən görülən işlər arasında heyvanların qorunmasını və bunun üçün də aparılan işlər arasında vəhşi heyvanların istirahət mərkəzlərindən yığılıb təbiətə buraxılmasını, xüsusilə, qeyd etmək istərdim. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin qeyri-qanuni olaraq ovlanmasının qarşısının alınması üçün müəyyən edilən cərimələrin məbləğinin artırılması təqdirəlayiq haldır. Nazirlik tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bir sıra nadir heyvan növlərinin ovlanmasına görə cərimələrin miqdarı bir neçə dəfə artırılıb. Hazırda cərimə sanksiyalarının daha da artırılması ilə əlaqədar müvafiq sənədlər hazırlanır”.

“Qoruqlardan qanunsuz şəkildə tutulmuş heyvanlar geri alındıqdan sonra Altıağac Milli parkının nəzdində “Vəhşi heyvanların reabilitasiyası və bərpası” Mərkəzində reabilitasiya edilir və yenidən təbiətə buraxılır. Eyni zamanda, burada nadir və nəsli kəsilməkdə olan heyvanların çoxaldılması işləri də həyata keçirilir. Bütün görülən işlər öz növbəsində nadir və nəsli kəsilməkdə olan heyvanların qorunması və artırılması üçündür”.

Biomüxtəlifliyin qorunub saxlanılmasında, xüsusi mühafizə olunan təbiət ərazilərinin rolu olduqca böyükdür: “Məhz xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyəti nəticəsində nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsi, füsunkar estetik gözəlliyə malik ərazilərin antropogen təsirlərdən kənar saxlanılması və tam şəkildə qorunub gələcək nəsillərə çatdırılması mümkün olur. Xüsusi mühafizə olunan təbiət əraziləri sisteminin müasir tələblərə uyğunlaşdırılması üçün bir sıra davamlı tədbirlər həyata keçirilmişdir”. Qoruqlarımız Beynəlxalq Təbiətin Müafizəsi İttifaqı tərəfindən mühafizə olunur.




Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər