Ağcabədidə kənd təsərrüfatının inkişafı əsas prioritet sahə olaraq ən yüksək zirvəyə qalxmışdır

Ağcabədidə kənd təsərrüfatının inkişafı əsas prioritet sahə olaraq ən yüksək zirvəyə qalxmışdır








Bir neçə gün bundan əvvəl təsadüfən hansısa saytda “Ağcabədidə növbəti üsyan anonsu: RİH başçısı əhalini dövlətdən narazı salır”... başlıqlı yazısına rast gəldim. Əvvəla bunu yazan jurnalist həmkarımız bilməlidir ki, yazıya bu cür başlıq verməklə onlar xalqı üsyana qaldırmaq üçün bir növ təbliğat aparırlar. Bu da Azərbaycan Respublikasının qanunlarına əsasən cinayət sayılır. Nə isə yazını oxuduqdan sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektoru ilə telefon əlaqəsi saxladım. İcra Hakimiyyətindən bildirdilər ki, yazıda qeyd olunanlar həqiqətə uyğun deyildir. Tamamilə şər-böhtandan ibarət şantaj xarakterli yazıdır. O yazını hazırlayan jurnalist əslində heç Ağcabədidə olmayıb. Əgər o bircə dəfə Ağcabədidə olsa idi, reallığı öz gözləri ilə görərdi. Biz onu dəvət elədik Ağcabədiyə gəlsin görsün sonra yazsın. Əslində o yazıya görə biz onu məhkməyə də verə bilərik.

Mən Ağcabədi rayonunu, orada çalışanları yaxşı tanıyıram. Əlaqəm də möhkəmdir, müntəzəmdir. Hər kəs iş başındadır, vəzifəsinin icrasındadır. Hər kəsin haqqı özünə çatır. Kimsə harasa gedəcəksə, öz rəhbərindən icazə alacaq. Hansısa bir sayt rəhbərindən yox.

Bir də qeyd etməyi vacib sayıram ki, cızmaqaraçılar nə vaxtdan Ağcabədinin təəssübünü çəkən olublar? Öz valideyinlərində gördüklərini başqalarının ünvanına yaxmağa kim onlara ixtiyar verib?


Bu qədər şər və böhtanın saytlarda yerləşdirilməsinin məqsədi hər bir ağıllı insana bəllidir. Haqqı danana haqq da divan tutacaq.

Sürətli inkişaf yolunda olan rayonlardan biri də Ağcabədidir. Prezident İlham Əliyevin əmr və tapşırıqlarını, göstərişlərini, tövsiyyələrini Şahin Məmmədovun operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır.

İlk olaraq diqqəti, Ağcabədidəki inkişafı, yeniləşməni, müasirləşməni, insanların həyat səviyyəsinin yüksəlməsini, rayonun davamlı və çoxistiqamətli inkişafını görmək istəməyənlərin diqqətini görülən işlərə yönəltmək istərdik. Qeyd edək ki, rayona gələn gündən başlayaraq rayon icra hakimiyyətinin başçısı tikinti-abadlıq işlərində, mənəvi quruculuqda təbəddülat yaratdı. İlk növbədə məmur özbaşnalığına qarşı qanunsuz yolla çıxmağın arzuolunmaz nəticələri aradan qaldırıldı.


Ölkə rəhbərinin tapşırıqlarına əsasən rayon ərazisində iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühütünün formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbüt şəraitin yaradılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlər görülməlidir.

Hər bir sahədə çalışanların fəaliyyətinə münasibətdə rayon icra hakimiyyətinin başçısı yalnız qanuna, ədalətə və şəffaflığa əsaslanır. Tam məsuliyyətimizlə deyirik ki, Ağcabədidə kiminsə haqqına toxunmaq kiminsə düşüncəsində belə özünə yer tapa bilməz. Bunun nəticəsidir ki, uzun illər durğun vəziyyətdə olan sahibkarlıq burada yeni inkişaf dövrünü yaşayır. Sahibkarlar problemlərinin həllində rayon İcra Hakimiyyətindən həmişə dəstək görürlər.

Ağcabədidə pambıqçılıqla bağlı çox dəyərli göstərişlər verilib. Ağcabədi rayonunda və bütün başqa pambıq əkilən rayonlarımızda pambıqçılığın bərpası işi sürətlə gedir, pambıqçılığın şöhrəti bərpa olunur. Bu, həm insanlar, həm dövlət üçün böyük gəlir gətirən bir sahədir.

Kənd təsərrüfatının inkişafı əsas prioritet sahə olaraq ən yüksək zirvəyə qalxmış, pambıqçılıq ölkə iqtisadiyyatının möhkəmləndirilməsində müstəsna rol oynamaqla, əhalinin sosial-iqtisadi vəziyyətinin, bütövlükdə həyat səviyyəsinin yüksəldilməsinə geniş imkan yaratmışdı. Bu gün pambığa qayıdış kəndlərimizə yeni nəfəs gətirib, insanlarda böyük coşqu və yüksək əhval-ruhiyyə yaradıb.


Ağcabədidə kənd təsərrüfatının inkişafı əsas prioritet sahə olaraq ən yüksək zirvəyə qalxmışdır
Ağcabədidə kənd təsərrüfatının inkişafı əsas prioritet sahə olaraq ən yüksək zirvəyə qalxmışdır
Ağcabədidə kənd təsərrüfatının inkişafı əsas prioritet sahə olaraq ən yüksək zirvəyə qalxmışdır
Ağcabədidə kənd təsərrüfatının inkişafı əsas prioritet sahə olaraq ən yüksək zirvəyə qalxmışdır
Ağcabədidə kənd təsərrüfatının inkişafı əsas prioritet sahə olaraq ən yüksək zirvəyə qalxmışdır
Ağcabədidə kənd təsərrüfatının inkişafı əsas prioritet sahə olaraq ən yüksək zirvəyə qalxmışdır
Ağcabədidə kənd təsərrüfatının inkişafı əsas prioritet sahə olaraq ən yüksək zirvəyə qalxmışdır
Ağcabədidə kənd təsərrüfatının inkişafı əsas prioritet sahə olaraq ən yüksək zirvəyə qalxmışdırБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər