Lənkəran şəhəri haqqında yazılanlara obyektiv prizmadan baxış

Lənkəran şəhəri haqqında yazılanlara obyektiv prizmadan baxış











Və ya Lənkəran şəhəri haqqında yazılanlara obyektiv prizmadan baxış

Son günlər Lənkəran şəhəri və onun icra başçısı Taleh Qaraşov haqqında bəzi mətbuat orqanlarında çeşidli yazılar yayımlanır. Həmin məlumatları araşdırmaq məqsədiylə Lənkəran şəhərində olduq. Deyilənləri, yazılanları dəqiqləşdirməyə çalışdıq.
Qeyd edək ki, faktiki olaraq Lənkəran şəhərində vəziyyət heç də yazılanlar kimi deyil. Əksinə, şəhərdə durum tamam fərqlidir və bunu bilmək üçün alim-filan olmağa da gərək yoxdur. Cəmi 200 km məsafə qət edib, Lənkərana təşrif gətirmək kifayətdir.
Yox, əgər onlar özlərinə əziyyət verib, Lənkəran şəhərinə gəlmək istəməyib, kənardan «qarmaq» atmaq eşqindədirlərsə, o zaman yazdıqlarımızı diqqətlə oxuyub, vəziyyətdən hali olsunlar.
Aydın məsələdir ki, hər bir mətbuat orqanının özünün dəsti-xətti, marağı və istəyi var. Amma bütün bunları da bir araya gətirmək üçün belə deyil, ədalətli olmaq lazımdır. Çünki yazılan yazılardakı qərəz göz çıxardığı qədər, maraq da ədalətsizliyin fövqündə dayanmış şəkildə görsənir.
Bu bir həqiqətdir ki, Lənkəran şəhərində vəziyyət çox dəyişib. İnsanların illərdən bəri gözlədiklərini hazırkı icra başçısı Taleh Qaraşov bir-bir yerinə yetirməkdədir. Bunun üçün şəhər sakinləriylə söhbətləşmək də kifayətdir ki, icra başçısına, görülən işlərə hansı qiymət verildiyini müəyyənləşdirmək mümkün olsun.
Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah hazılının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı və analoqu olmayah hədd yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Bildirək ki, sürətli inkişaf yolunda olan şəhərlərindən biri də Lənkərandır. Hazırda şəhərə rəhbərlik edən icra başçısı Taleh Qaraşovun Cənab Prezident İlham Əliyevin əmr və tapşırıqlarını operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır. Qeyd edək ki, Taleh Qaraşov Lənkərana icra başçısı təyin edilməsindən bir neçə il vaxt keçib. Hələ başqa sahələrdə işləyərkən cənab Taleh bir sıra uğurlara imza atmış, rayonu abadlaşdırmış və bir xeyli işlər görmüşdü. Cənab Prezident İlham Əliyev də bütün bunları nəzərə alaraq onu Lənkərana icra başçısı təyin etmiş və böyük etimad göstərmişdi. Hazırda Taleh Qaraşovun gərgin əməyi və zəhməti sayəsində Lənkəran sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Lənkəran rayon İcra Hakimiyyəti Başçısı cənab Taleh Qaraşovun bu rayona başçı təyin olunduğu vaxtdan bəri, Lənkəranın əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Rayondan Bakuxeber.info-nun elektron poçtuna ünvanlanan məktublarda Lənkəran RİH-nin başçısı Taleh Qaraşovun fəaliyyətinə dair razılıq hisslərinin ifadə olunması ilə yanaşı, rayonda gedən proseslərin saytımızda işıqlandırılması xahişlərinə də tez-tez rast gəlinir.
Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu rayonda da əsaslı yenidənqurma işləri görülür, iri miqyaslı layihələr həyata keçirilir və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilir.

Bu gün Lənkəranda aparılan abadlıq və quruculuq işləri onu göstərir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan, bilavasitə rəhbərliyi və nəzarəti ilə həyata keçirilən regional inkişaf proqramları yeni təyin olunmuş icra başçısı tərəfindən uğurla yerinə yetirilir. Yerli imkanlar da dövriyyəyə gətirilmiş, ümumi inkişafın miqyası genişlənmiş, sürəti bir az da artmışdır.

Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi bunları görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar.
Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.
Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” Lənkəran şəhərini, onun sakinlərini əvəz edə bilməz. Getdik, gördük və yazdıq. Və dahi Sabirin sözləri ilə yazıya son nöqtəni qoyuruq:
Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmərəm.

Lənkəran şəhəri haqqında yazılanlara obyektiv prizmadan baxış
Lənkəran şəhəri haqqında yazılanlara obyektiv prizmadan baxış
Lənkəran şəhəri haqqında yazılanlara obyektiv prizmadan baxış
Lənkəran şəhəri haqqında yazılanlara obyektiv prizmadan baxış
Lənkəran şəhəri haqqında yazılanlara obyektiv prizmadan baxış
Lənkəran şəhəri haqqında yazılanlara obyektiv prizmadan baxış
Lənkəran şəhəri haqqında yazılanlara obyektiv prizmadan baxış
Lənkəran şəhəri haqqında yazılanlara obyektiv prizmadan baxış
Lənkəran şəhəri haqqında yazılanlara obyektiv prizmadan baxışБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər