Nərimanov rayonunun hər guşəsində yüksəlişi və tərəqqini görmək mümkündür

Nərimanov rayonunun hər guşəsində yüksəlişi və tərəqqini görmək mümkündür











Əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatı mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirdi, iqtisadi artımın davamlılığı təmin olundu. Makroiqtisadi sabitlik qorunub saxlanıldı, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı sürətləndi, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olundu, sahibkarlığa dövlət dəstəyi gücləndirildi, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradıldı, əhalinin sosial rifahı daha da yaxşılaşdı

Zamanın sınağından çıxmış Heydər Əliyevin inkişaf strategiyasına uyğun olaraq, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan həm də özünün uzunmüddətli inkişaf istiqamətlərini müəyyən edib. Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da bu məqsədə xidmət edir.
Ölkəmizdə son illərdə əldə olunan ən mühüm nailiyyətlərdən biri rayonların, şəhər və kəndlərin inkişaf yoluna çıxarılmasıdır. Azərbaycanın coşqun inkişafının, sürətli yüksəlişinin, günü-gündən dəyişərək gözəlləşən simasının konkret ünvanlarından biri də hər zaman öz yüksək tərəqqi tempi ilə seçilən Nərimanov rayonudur. Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülüb və bu işlər hazırda da uğurla davam etdirilir.
Ümumiyyətlə isə Nərimanov rayonunun inkişafından danışarkən qeyd etməliyik ki, bu tərəqqinin müəllifi Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyevdir . Qazanılan hər bir nailiyyətə Nərimanov rayon başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunub. Təqdirəlayiq haldır ki, bu rayonu Azərbaycanda öncüllər sırasına çıxaran əsas cəhətlərdən biri sosial-iqtisadi sferada əldə olunan uğurlardır. Həyata keçirilən məqsədyönlü siyasət və dövlət qayğısı nəticəsində son illər Nərimanov rayonunda müasir standartlara cavab verən məhsul istehsal edən orta və kiçik müəssisələr yaradılıb.
Çoxsaylı səhiyyə və təhsil müəssisələri, yollar, yolötürücülər və yol qovşaqları, piyada keçidləri, parklar, infrastruktur obyektləri, yeni inzibati binalar istifadəyə verilib, tarixi memarlıq abidələri, dini-mənəvi dəyərləri yaşadan obyektlərin bərpası ilə bağlı önəmli işlər görülüb. Görülmüş bütün işlər Nərimanov sakinlərində dövlətə inamı, Azərbaycan Prezidentinə etimadı daha da möhkəmləndirib, Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyevin və Nərimanov icra başçısının 1-ci müavini Şahmar İbadovun siyasi kursunun alternativsizliyini bir daha təsdiq edib.
Nərimanov rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə 2015-ci il ərzində mühüm işlər görülüb. Təbii ki, inkişaf etməkdə olan rayonun daha da abadlaşdırılması, həyata keçirilən quruculuq işlərinin uğurla davam etdirilməsi, rayon sakinlərinin daha rahat yaşamaları, çalışmaları və istirahətləri üçün qarşıda daha mühüm və ciddi vəzifələr durur. Bu vəzifələrin yerinə yetirilməsi, Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyevin və Nərimanov icra başçısının 1-ci müavini Şahmar İbadovun müəyyən etdiyi siyasi kursun inamla davam etdirilməsi üçün rayon rəhbərliyi və ictimaiyyəti bundan sonra da böyük əzm göstərəcək, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

Nərimanov rayonunun hər guşəsində yüksəlişi və tərəqqini görmək mümkündür
Nərimanov rayonunun hər guşəsində yüksəlişi və tərəqqini görmək mümkündür
Nərimanov rayonunun hər guşəsində yüksəlişi və tərəqqini görmək mümkündür
Nərimanov rayonunun hər guşəsində yüksəlişi və tərəqqini görmək mümkündür
Nərimanov rayonunun hər guşəsində yüksəlişi və tərəqqini görmək mümkündür
Nərimanov rayonunun hər guşəsində yüksəlişi və tərəqqini görmək mümkündür
Nərimanov rayonunun hər guşəsində yüksəlişi və tərəqqini görmək mümkündürБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər