Niyazi Bayramov öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib - ÖZƏL

Niyazi Bayramov öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib - ÖZƏL












Son günlər ölkə KIV-lərində Mingəçevir şəhəri və Niyazi Bayramov haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edirlər.

Əslində bu yazılarda həqiqət yükü olmadığına görə reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar. Əslində, məsələ yalnız, yalan, böhtanla bitmir. Məsələn sensasya yaratsınlar deyə “Mingəçevir şəhərinin gizli korrupsioneri: Niyazi Bayramov haqda şok məlumatlar” başlığı seçirlər və sonra bu başlıq altında da nələr yazırlar bir özləri bilir, bir ALLAHları.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan işi tökürlər? Niyə Niyazi Bayramovun fəaliyyətindən yazmırlar? Axı Niyazi Bayramovun xırdaca bir qüsurunu filə döndərmək bu adamlar üçün peşəyə çevrilib. Amma indiki halda nala mıxa vurub Niyazi Bayramovun gördüyü işləri sanki yaddan çıxarırlar. Cənablar, Niyazi Bayramov Mingəçevirin icra başçısıdır.

Böyük Cavidin bu misrasını təkrarlamaq yerinə düşər:

“Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur, yer üzünü…”


Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah hazılının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı və analoqu olmayah hədd yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Bildirək ki, sürətli inkişaf yolunda olan rayonlardan biri də Mingəçevirdir. Hazırda şəhərə rəhbərlik edən icra başçısı Niyazi Bayramovun Cənab Prezident İlham Əliyevin əmr və tapşırıqlarını operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində şəhər gündən günə gözəlləşir və abadlaşır. Qeyd edək ki, Niyazi Bayramov Mingəçevirə icra başçısı təyin edilməsindən 4 il vaxt keçib. Hələ digər vəzifələrdə işləyərkən cənab Bayramov bir sıra uğurlara imza atmış, və xalq üçün bir xeyli işlər görmüşdü. Cənab Prezident İlham Əliyev də bütün bunları nəzərə alaraq onu Mingəçevirə icra başçısı təyin etmiş və böyük etimad göstərmişdi. Hazırda Niyazi Bayramovun gərgin əməyi və zəhməti sayəsində Mingəçevir sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı cənab Niyazi Bayramovun bu şəhərə başçı təyin olunduğu vaxtdan bəri, Mingəçevirin əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Şəhərdən Bakuxeber.info-nun elektron poçtuna ünvanlanan məktublarda Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı cənab Niyazi Bayramovun fəaliyyətinə dair razılıq hisslərinin ifadə olunması ilə yanaşı, şəhərdə gedən proseslərin saytımızda işıqlandırılması xahişlərinə də tez-tez rast gəlinir.
Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu şəhərdə də əsaslı yenidənqurma işləri görülür, iri miqyaslı layihələr həyata keçirilir və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilir.

Ölkə rəhbərinin tapşırıqlarına əsasən şəhər və rayon ərazisində iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühütünün formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbüt şəraitin yaradılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlər görülməlidir.

Odur ki, verilən tapşırıqların layiqincə yerinə yetirilməsində hər birimiz daha məsuliyyətlə işləməli, əhalinin sosial rifahını yüksəltməklə mövcud problemləri aradan qaldırmalı, yeni emal və sənaye müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması üçün ardıcıl və məqsədyönlü iş aparmalıyıq.

P.S. Bakuxeber.info olaraq bəzilərinin diqqətinə çatdırır ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı cənab Niyazi Bayramovun bizim müdafiəmizə ehtiyacı yoxdur.

Niyazi Bayramov öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib - ÖZƏL
Niyazi Bayramov öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib - ÖZƏL
Niyazi Bayramov öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib - ÖZƏL
Niyazi Bayramov öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib - ÖZƏL
Niyazi Bayramov öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib - ÖZƏL
Niyazi Bayramov öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib - ÖZƏL
Niyazi Bayramov öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib - ÖZƏL
Niyazi Bayramov öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib - ÖZƏL
Niyazi Bayramov öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib - ÖZƏL
Niyazi Bayramov öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib - ÖZƏLБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər