Mikayıl Cabbarovun ona etibar etdiyi bütün postlarda Elmira Şükürova özünü doğruldub ..

Mikayıl Cabbarovun ona etibar etdiyi bütün postlarda Elmira Şükürova özünü doğruldub ..








Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının uğurlu və uzaqgörən siyasəti sayəsində ölkəmizin sürətli iqtisadi tərəqqisinin nəticəsi olaraq ümumi təhsil müəssisələrində əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir tədris avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi bugünümüzün danılmaz həqiqətidir.

Təhsilimizin inkişafında Heydər Əliyev fondunun, xüsusən onun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri sayəsində “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, digər layihə və proqramlar həyata keçirilmişdir ki, bu da özünü Kəlbəcər rayonunun təhsil sahəsində də bariz göstərmiş, cəmiyyətdə geniş əks-səda doğurmuşdur.

Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır.
Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdimedirlər.

Kəlbəcər rayon təhsili özünün keyfiyyətli inkişafına, səviyyəsinə görə fərqlənir. Azərbaycanın təhsil sistemində Kəlbəcər təhsilinin özünəməxsus rolu var. Təhsilin səviyyəsi, keyfiyyəti daha çox keçmiş ənənələr üzərində qurulur. Bu ənənələr Kəlbəcər rayonunda da yüksək səviyyədə davam etdirilir.

Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Elmira Şükürovanın adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsiyirlər..

Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Elmira Şükürovanın üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır. Belə ki Elmira müəllim dərs də dinləyir, məktəblərin təmiri, digər çatışmazlıqlarla da ciddi məşğul olur . Elmira Şükürova tədrisin səviyyəsinin yüksəldilməsi üçün maddi-texniki bazanın möhkəmləndirilməsini əsas amillərdən sayır. Qəribə görünsə də şöbənin müdiri bu tədris ilində şöbənin əməkdaşları ilə birgə butun tədris müəssisəsində olmuş, kollektivlə görüşmüş, tədrisin vəziyyətini yüksəltmək üçün təklif və tövsiyyələrini verməklə ayrı-ayrı məktəblərdə dərslərdə olmuşdur.

Bütün kənd və şəhər məktəblərində göstərdiyi qayğıya görə məktəb direktorları müəllimlər və valideynlər təşəkkür edirlər.
Bir neçə şəhər və kənd orta məktəblərində sorğu apardıq ağız dolusu Elmira Şükürovadan danışdılar yaxşı ki Elmira Şükürova təhsil şöbəsinin müdürü seçilib… Elmira Müəllim öz isguzarlıgı ilə tanınır və seçilir….

Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Elmira Şükürova haqqında şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki,

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər