Elmira Axundova vəzifəsini vicdanla yerinə yetirən bir şəxsiyyətdir

Elmira Axundova  vəzifəsini vicdanla yerinə yetirən bir şəxsiyyətdir








Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elmira Axundovadır.

Tanınmış ictimai-siyasi xadim, görkəmli yazıçı-publisist Elmira Hüseyn qızı Axundova 1953-cü il may ayının 26-da anadan olub. Atası Hüseyn Qafarov (el arasında Fərman kişi kimi tanınan) Masallı rayonunun Mollaoba kəndində doğulub, öz yüksək insani keyfiyyətləri və nəcib xeyriyyəçilik işləri ilə Masallı əhalisi arasında böyük hörmət qazanıb. Elmira Axundovanın uşaqlıq və gənclik illəri də Mollaoba kəndində keçib.

Elmira Axundovanın həyat yoldaşı Ramiz Həbib oğlu Axundov tanınmış kinorejissor, Prezidentin fəxri təqaüdçüsüdür. Ramiz müəllimin babası Mirzə Axund Abu Turab oğlu məşhur din xadimi olub, bütün Yaxın Şərqdə tanınıb.

2010-cu ildə bizlərin etimadını qazanaraq millət vəkili seçilən Elmira Axundova 5 illik deputatlıq fəaliyyəti boyunca mütəmadi olaraq seçiciləri ilə qarşılıqlı ünsiyyət halında fəaliyyət göstərib. Demək olar ki, hər ay, bəzən ayda bir neçə dəfə dəfə Masallıda vətəndaşlarla görüşən Elmira Axundova onlara xidmət göstərməyi ən ali məqsəd kimi qarşısına qoyub. O, həm Milli Məclisdə, həm Masallı rayonundakı ofisində, həm də Masallının ayrı-ayrı kəndlərinin ərazi nümayəndəliklərində əhali ilə yüzlərlə qəbul günü keçirib, hər birində 100-300 sakinin iştirak etdiyi 40 böyük görüş təşkil edib. Bu görüşlərdə rayon camaatı ilə birlikdə müxtəlif məsələlər müzakirə edilib, deputatımız gördüyü işlər və qarşıda duran məsələlər barədə vətəndaşlara daima ətraflı məlumat verib. Rayon camaatının fikirləri və qarşıya qoyduğunuz problemləri diqqət mərkəzində saxlayaraq aidiyyəti qurumlar qarşısında məsələ qaldırıb, Sizlərin tələb və təkliflərini ən yüksək vəzifəli hökumət nümayəndələrinin diqqətinə çatdırıb. Cənab Prezident İlham Əliyevin dəstəyi və qayğısı, həmçinin deputatınız Elmira Axundovanın Masallı İcra Hakimiyyəti ilə qurduğu səmimi və işgüzar münasibətlərin nəticəsi olaraq Masallıda böyük quruculuq işləri həyata keçirilib. Masallı rayonunun bir sıra kənd yolları çəkilib, körpülər salınıb, iki kənd xəstəxanası, bir neçə kənd məktəbləri və bağçaları təmir olunub, idman mərkəzləri açılıb.

Elmira Axundova vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir.

Elmira Axundova yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Elmira Axundova ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Elmira Axundovanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Elmira Axundova heç zaman mənəm-mənəm deməyib, o, sadəcə öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib!

Elmira Axundova dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər