Biləsuvar rayon gömrük idarəsi etibarlı əllərdədi - İlqar Abdullayev

Biləsuvar rayon gömrük idarəsi etibarlı əllərdədi - İlqar Abdullayev










Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Biləsuvar rayon gömrük idarəsinin rəisi İlqar Abdullayevdir.

Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Biləsuvar rayon gömrük idarəsinin rəisi İlqar Abdullayevin uğurunu görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda İlqar Abdullayevi gözdən salmaq üçün "Biləsuvar Gömrüyünün monopolist rəisi", Biləsuvar Gömrüyündə biabırçı mənzərə,Gömrük Komitəsində daxili qarşıdurma - vəya obyekt, villa şəkillərini ictimailəşdirərək guya İlqar Abdullayeva aiddir.. Amma bunlar əsassız məlumatlardır. Əslində İlqar Abdullayev haqqında yazılanlara təəccüblənmirik. Çünki İlqar müəllimin gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.
Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.
Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” Biləsuvar rayon gömrük idarəsinin rəisi İlqar Abdullayevi əvəz edə bilməz. Getdik, gördük və yazdıq. Və dahi Sabirin sözləri ilə yazıya başlayırıq:
Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmərəm.

İlqar Abdullayev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir.

İlqar Abdullayev yüksək texniki biliyi və təhsili olan, yüksək tibbi, iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

İlqar Abdullayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən İlqar Abdullayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

İlqar Abdullayev heç zaman mənəm-mənəm deməyib, o, sadəcə öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib!

İlqar Abdullayev dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

P.S. Bakuxeber.info olaraq bəzilərinin diqqətinə çatdırır ki, Biləsuvar rayon gömrük idarəsinin rəisi İlqar Abdullayevin bizim müdafiəmizə ehtiyacı yoxdur. Yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla Biləsuvar rayon gömrük idarəsinin rəisi İlqar Abdullayevin şərəf və ləyaqətini alçaltmaq düşüncəsində olan qəzet və saytlar həmin şantaj xarahterli yazılara görə üzr istəyəcəklər.


Biləsuvar rayon gömrük idarəsi etibarlı əllərdədi - İlqar AbdullayevБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər