Mahir Quliyev təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir

Mahir Quliyev təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir








...Bu gün Biləsuvarın görkəmi naşı gözlərdə təəccüb doğura bilər. Küçələrin dağılmasını, yolların qazılmasını, toz-torpağın ətrafı bürüməsini nabələd adamlar ilk baxışdan, olsun ki, düzgün anlamazlar. Amma səbri, əhatəli müşahidəsi və aparılan işlərdən az-çox xəbəri olanlar rayonda genişmiqyaslı abadlıq-quruculuq tədbirləri reallaşdırıldığının dərhal fərqinə varacaq. Hər tərəf qaynayır, hər yanda canlanma var. Orda-burda gözə dəyən bəzi görüntülərsə ötəri səciyyə daşıyır. Bu gün-sabah şəhərin təmizliyi, səliqə-sahmanı qaydaya düşəcək və adamlar yenidən, ancaq əzəlkindən daha gözəl, yaraşıqlı küçələrdə gəzib-dolaşmaqdan zövq alacaqlar. Elə inşaat meydanlarında rast gəlinən “Müvəqqəti narahatlığa görə üzr istəyirik” lövhələri də tör-töküntünün çox tezliklə aradan qalxacağına işarədir.

Ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının mühüm qollarından biri də mərkəzdən uzaq bölgələrin, əyalət şəhərlərinin abadlaşdırılması, bütün yaşayış məntəqələrində vacib infrastrukturun yaradılması və bununla da əhalinin həyat şəraitinin yaxşılaşdırılmasıdır. İndi hansı rayona yolun düşsə, hərtərəfli abadlıq işləri aparıldığının şahidi olarsan. Biləsuvar da dövlətin qayğısından nəsibini alan, sürətlə böyüyüb gözəlləşən rayonlardandır.

Biləsuvar Rayonu İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev in adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsiyirlər..

Biləsuvar rayonunun sakinləri hər zaman siyasi fəallığı ilə seçilib və Ümummilli liderimiz Heydər Əliyev ideyalarına bağlılıq nümayiş etdirib. Rayonun əsas aparıcı siyasi qüvvəsi Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatıdır. Vurğulamaq lazımdır ki, bütün Biləsuvar ictimaiyyəti Ulu öndər Heydər Əliyev kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da inkişaf edəcəyinə inanır və Prezidentin apardığı sosial-iqtisadi siyasəti dəstəkləyir.

Mahir Quliyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir.

Bəli, Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyev bütün bölgələrimizə olduğu kimi, Biləsuvara da xüsusi diqqət göstərir. Bu qayğının nəticələri adamları sevindirir, ruhlandırır. Rayon camaatı sürətli inkişafın, quruculuq işlərinin, yeni tikililərin heyranlıq yaratdığını söhbətlərində xüsusi vurğulayırlar. Hamısı da inanır ki, nailiyyətlər daha da artacaq, həyat daha da gözəlləşəcək.


Mahir Quliyev təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir
Mahir Quliyev təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir
Mahir Quliyev təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir
Mahir Quliyev təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir
Mahir Quliyev təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir
Mahir Quliyev təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər