Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da - Eldar Əzizov

Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da - Eldar Əzizov







Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur .

Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır.
Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdimedirlər.

Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun uğurunu görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün "ZÜLMÜN QUDURDUĞU YER - Səbail və ya İcra başçısı Eldar Əzizov ", "Səbail icra başçısının tender və qohumçuluq maxinasiyaları" başlıqlı məqalələr yazırlar və ya obyekt, villa şəkillərini ictimailəşdirərək guya Eldar Əzizova aiddir.. Amma bunlar əsassız məlumatlardır. Əslində Eldar Əzizov haqqında yazılanlara təəccüblənmirik. Çünki Eldar müəllimin gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.
Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü?

Eldar Əzizov yüksək insanlığı ilə seçilən bir insan və icra başçısıdır!

Eldar Əzizov insanlara yaxşılıq etmək üçün dünyaya gəlib!

Eldar Əzizov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Eldar Əzizov prezident İlham Əliyevin uğurlu seçimidir!

“Mən xalqımın ən böyük xidmətçisiyəm. Məndən nümunə götürün”- deyən İlham Əliyevdən nümunə götürən Eldar Əzizov da xalqın xidmətçisidir.


Bütün bunlar belə deməyə əsas verir ki, ötən il olduğu kimi, bu il də ölkənin bir çox rayonları kimi Səbail da sürətlə inkişaf edib, qarşıya qoyulmuş vəzifələrin böyük əksəriyyəti reallaşdırılıb. Ümid edirik ki, yaxın gələcəkdə Səbail öz simasını dəyişib daha da yenilənəcək, öz iqtisadiyyatını və büdcəsini tamamilə yerli resurslar hesabına formalaşdıracaq, uğurları sırasına yenilərini əlavə edəcək.

P.S. Bakuxeber.info olaraq bəzilərinin diqqətinə çatdırır ki, Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun şərəf və ləyaqətini alçaltmaq düşüncəsində olan qəzet və saytlar həmin şantaj xarahterli yazılara görə üzr istəyəcəklər.


Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da - Eldar Əzizov
Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da - Eldar Əzizov
Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da - Eldar Əzizov
Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da - Eldar Əzizov
Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da - Eldar Əzizov
Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da - Eldar Əzizov
Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da - Eldar Əzizov
Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da - Eldar ƏzizovБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər