"AzVirt MMC" Tikinti sektoru müasir texniki avadanlıqlarla təmin edilir

"AzVirt MMC" Tikinti sektoru müasir texniki avadanlıqlarla təmin edilir










Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "AzVirt" MMC-nin İcraçı Direktor DR. Kamil Əliyevdir.

"AzVirt MMC" Tikinti sektoru müasir texniki avadanlıqlarla təmin edilir



1993 - 1995-ci illərdə Almaniyanın "WIRTGEN" şirkətinin mütəxəssislərinin köməyilə Bakı Aeroportunda 2 saylı uçuş-enmə zolağının tikintisi müvəffəqiyyətlə həyata keçirildi. 1995-ci il mayın 28-də həmin obyektin açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev məsləhət bildi ki, alman mütəxəssisləri ilə əlaqələr davam etdirilsin. Beləliklə, 1995-ci ildə "AzVirt" Azərbaycan - Almaniya Birgə Müəssisəsi yaradıldı. Sonradan Müəssisənin adı dəyişdirilərək "AzVirt" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırıldı. İlk öncә Bakı әrazisindә şәhәr yollarının tikintisi ilә mәşğul olan şirkәt, zaman keçdikcә yol vә hava limanı infrastruktur layihәlәri üzrә tam xidmәt göstәrәn beynәlxalq şirkәtә çevrildi.
"AzVirt" Azәrbaycanın әn böyük vә tanınmış yol tikinti şirkәtlәrindәn biridir. Yarandığı tarixdәn başlayaraq 20 ildən çox müddәt әrzindә "AzVirt" regionda nәqliyyat infrastrukturunun inkişafı üçün getdikcә artan tәlәblәri qarşılamaq mәqsәdi ilә sürәtlә böyüyüb vә fәaliyyәt dairәsini genişlәndirib.

Zәngin iş tәcrübәsi vә yüksәk keyfiyyәt standartlarına nail olmaqla, "AzVirt" regionun әn böyük tikinti layihәlәrindә baş podratçı kimi iştirak edir.
Şirkәt tikdiyi avtomobil yollarının yüksәk beynәlxalq tәlәblәrә cavab vermәsi üçün ilk növbәdә dünyanın inkişaf etmiş ölkәlәrinin bu sahәdә yüksәk elmi nailiyyәtlәri vә qabaqcıl tәcrübәsini öyrәnәrәk öz fәaliyyәtindә tәtbiq edir. "AzVirt" Azәrbaycanda ilk dәfә olaraq qırmadaş-mastikalı vә polimerli asfaltbeton qarışığını tәtbiq edәn şirkәtdir. İstehsal edilәn asfaltbetonun tәrkibindә aktivlәşdirilmiş mineral tozlardan istifadә edilir.
Şirkәtin mәqsәdi bütün texniki, iqtisadi vә estetik parametrlәri nәzәrә alaraq müştәrinin tәlәblәrini qarşılamaq üçün әn yaxşı hәll yollarını tapmaqdır. Dürüstlük vә sәmimi iş әlaqәlәrinә әsaslanaraq, eyni zamanda yüksәk keyfiyyәtli iş vә peşәkarlıq nümayış etdirәrәk, Şirkәt әmәkdaşlıq anlayışını daim yüksәk tutur.
Şirkәt işçilərinin peşәkarlığı işin hәr bir sahәsindә möhkәmlәnmiş aşağıdakı dәyәrlәrdәn qaynaqlanır: Keyfiyyәt, Tәhlükәsizlik, İnam, İnnovasiya, Komanda İşi, Mәsuliyyәt vә Daim Öyrәnmәk.

Azәrbaycan Respublikasının prezidenti tәrәfindәn tәsdiq olunan "Regionların Sosial-İqtisadi İnkişafı Proqramı" çәrçivәsindә 2004-2008-ci illәr әrzindә Azәrbaycanın bütün regionlarını әhatә edәn "Gәncә hava limanının uçuş-enmә zolağının, perronun, yönәldici yolların vә Gәncә-Qazax yolundan hava limanına qәdәr asfaltbeton yolun yenidәnqurulması", "Lәnkәran Hava Limanının, aerodrom әrazisinin, yük terminalının әtrafının vә hava limanına giriş yolunun tikintisi", "Zaqatala Hava Limanının aerodrom әrazisinin, yük terminalının әtrafının, vağzalyanı meydanın vә hava limanına giriş yolunun tikintisi" kimi strateji әhәmiyyәtli layihәlәr bizә hәvalә olunmuşdur. Daha sonra, 2011-ci ildә "AzVirt" Qәbәlә şәhәrindә bütün standartlara cavab verәn Beynәlxalq Hava Limanını bir il әrzindә tikdi vә tәhvil verdi. Bununla da "AzVirt" ölkәmizdә Şәrq-Qәrb, Şimal-Cәnub nәqliyyat dәhlizlәrinin hәyata keçirilmәsindә fәal rol oynadı.

Durmadan böyüyәn vә inkişaf edәn "AzVirt" Rumıniya, Serbiya, Qazaxıstan, Latviya, Montenegro kimi ölkәlәrdә filiallarını açıb vә bu ölkәlәrdә magistral yolların tikintisi üzrә layihәlәri hәyata keçirir.

Peşәkar kadrların hazırlanması, tәkmillәşdirilmәsi müәssisәnin kadr siyasәtinin әsasını tәşkil edir. Hazırda müәssisәdә 1300-ə yaxın әmәkdaş çalışır. Onların arasında Azәrbaycan vәtәndaşları ilә yanaşı Almaniya vә Türkiyәdәn dә mütәxәssislәr çalışırlar. AzVirtin kadr siyasәtinin әsas mәqsәdi yol tikinti sәnayesini yüksәk hazırlıq sәviyyәsi olan peşәkarlarla tәmin etmәkdir. İşçilәr arasında hәm işin elmi-nәzәri, hәm dә praktiki aspektlәrinә hәr tәrәfli bәlәd olan mütәxәssislәr çalışırlar. AzVirtin rәhbәrliyindә texniki elmlәr doktoru (professor) vә texniki elmlәr namizәdi kimi yüksәk ixtisaslı mütәxәssislәr vardır ki, onlar öz elmi araşdırmaları ilә şirkәtin işinә yeni impuls verirlәr. Bu elmi-praktik araşdırmalar nәticәsindә müxtәlif mütәrәqqi texnologiyalar tәtbiq edilir.

"AzVirt" ölkә iqtisadiyyatının bir hissәsi olmaqla yanaşı beynәlxalq tikinti bazarına da öz töhfәlәrini vermәyә çalışır.

"AzVirt MMC" Tikinti sektoru müasir texniki avadanlıqlarla təmin edilir
"AzVirt MMC" Tikinti sektoru müasir texniki avadanlıqlarla təmin edilir
"AzVirt MMC" Tikinti sektoru müasir texniki avadanlıqlarla təmin edilir
"AzVirt MMC" Tikinti sektoru müasir texniki avadanlıqlarla təmin edilir
"AzVirt MMC" Tikinti sektoru müasir texniki avadanlıqlarla təmin edilir
"AzVirt MMC" Tikinti sektoru müasir texniki avadanlıqlarla təmin edilir
"AzVirt MMC" Tikinti sektoru müasir texniki avadanlıqlarla təmin edilirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər