ƏYRİ PRİZMADAN MƏQSƏDLI FİKİRLƏR YAZANA DA, YAZDIRANA DA - “Emma” şirkətinin prezidenti Əbdülhüseyn Abdullayev

ƏYRİ PRİZMADAN MƏQSƏDLI FİKİRLƏR YAZANA DA, YAZDIRANA DA -  “Emma” şirkətinin prezidenti Əbdülhüseyn Abdullayev









Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Emma” şirkətinin prezidenti Əbdülhüseyn Abdullayevdir.

Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi “Emma” şirkətinin prezidenti Əbdülhüseyn Abdullayevin uğurunu görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda Əbdülhüseyn Abdullayevi gözdən salmaq üçün "EMMA fermerləri necə aldadır" başlıqlı yazı seçirlər, Əbdül nə az nə çox ayda 250 min manat pul qazanır və ya obyekt, villa şəkillərini ictimailəşdirərək, guya Əbdülhüseyn Abdullayeva aiddir.. Amma bunlar əsassız məlumatlardır. Əslində Əbdülhüseyn Abdullayev haqqında yazılanlara təəccüblənmirik. Çünki Əbdülhüseyn müəllimin gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.
Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.
Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” Əbdülhüseyn Abdullayevi əvəz edə bilməz. Getdik, gördük və yazdıq. Və dahi Sabirin sözləri ilə yazını sonlandırırıq:

Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmərəm.

Əbdülhüseyn Abdullayev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir.

Əbdülhüseyn Abdullayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Əbdülhüseyn Abdullayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Əbdülhüseyn Abdullayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Əbdülhüseyn Abdullayev heç zaman mənəm-mənəm deməyib, o, sadəcə öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib!

Əbdülhüseyn Abdullayev dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!


P.S. Bakuxeber.info olaraq bəzilərinin diqqətinə çatdırır ki, “Emma” şirkətinin prezidenti Əbdülhüseyn Abdullayevin bizim müdafiəmizə ehtiyacı yoxdur. Yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla “Emma” şirkətinin prezidenti Əbdülhüseyn Abdullayevin şərəf və ləyaqətini alçaltmaq düşüncəsində olan qəzet və saytlar həmin şantaj xarahterli yazılara görə üzr istəyəcəklər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər