Qorxmaz Hüseynov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

Qorxmaz Hüseynov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!



«Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, «Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynovdur.

«Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Son günlər ölkə KIV-lərində "Azərsu" ASC və Qorxmaz Hüseynov haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edirlər.

Əslində bu yazılarda həqiqət yükü olmadığına görə reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar. Əslində, məsələ yalnız, yalan, böhtanla bitmir. Məsələn sensasya yaratsınlar deyə “"Azərsu" ASC-nin gizli korrupsioneri: Qorxmaz Hüseynov haqda şok məlumatlar” başlığı seçirlər və sonra bu başlıq altında da nələr yazırlar bir özləri bilir, bir ALLAHları.

Qorxmaz Hüseynov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!


Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan işi tökürlər? Niyə Qorxmaz Hüseynovun fəaliyyətindən yazmırlar? Axı Qorxmaz Hüseynovun xırdaca bir qüsurunu filə döndərmək bu adamlar üçün peşəyə çevrilib. Yazırlar "Azərsu"-nun şefi Qorxmaz Hüseynov haqqında şok xəbər yayıldı - HƏRƏMXANALAR, QADINILAR, KORRUPSİYA. Amma indiki halda nala mıxa vurub Qorxmaz Hüseynovun gördüyü işləri sanki yaddan çıxarırlar. Qorxmaz müəllimi nəinki "Azərsu" ASC-də, respublikanın hər yerində xeyir-şərə yarayan bir insan kimi çox adam tanıyır. Qorxmaz müəllim, neçə-neçə xəstələrin müalicəsinə pul ayırıb, bəzi yaradıcı insanlara maddi-mənəvi dəstək olub.

Qorxmaz Hüseynov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

Qorxmaz Hüseynov heç zaman mənəm-mənəm deməyib, o, sadəcə öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib!

Qorxmaz Hüseynov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Qorxmaz Hüseynov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Qorxmaz Hüseynov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!


Prezident İlham Əliyevdən nümunə götürən Qorxmaz Hüseynovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Tovuz və Gədəbəy rayonlarının kəndlərində içməli su layihələri icra olunur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq kənd və qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir. “Azərsu” ASC-nin daxili imkanları hesabına Tovuz rayonunun Düz Cırdaxan, Cəlilli və Dönük Qırıqlı, Gədəbəy rayonunun Tərsyer kəndlərində içməli su layihələri həyata keçirilir.

Gədəbəy rayonunun Tərsyer kəndinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə icra olunan layihə artıq yekunlaşıb. Tərsyer kəndi Tovuz rayonunun kəndlərinə yaxın ərazidə yerləşdiyindən kəndin su təchizatı Zəyəmçay-Tovuz su xəttindən aparılır. Bu məqsədlə magistral kəmərdən kəndə 3 km uzunluğunda su xətti çəkilib. Tərsyer kəndinə çəkilmiş su xətti Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisindən keçdiyi üçün həmin kəndə də suyun verilməsi qərara alınıb. Layihə çərçivəsində kəndlərdə 2 km paylayıcı şəbəkə yaradılıb və əhalinin ümumi istifadəsi üçün bulaqlar quraşdırılıb. Layihənin icrası nəticəsində Tərsyer və Dönük Qırıqlı kəndlərinin sakinlərinin keyfiyyətli içməli suya çıxışı təmin edilib.

Tovuz rayonunun Düz Cırdaxan və Cəlilli kəndlərinə isə içməli suyun Tovuz şəhərinin şəbəkəsindən verilməsi layihələndirilib. Bu məqsədlə Düz Cırdaxan kəndindən keçməklə Cəlilli kəndinə qədər 3,7 km uzunluğunda magistral kəmərin, eyni zamanda kəndlərdə 2 km paylayıcı su xətlərinin və əhalinin ümumi istifadəsi üçün 16 ədəd bulağın quraşdırılması nəzərdə tutulur. Hazırda magistral kəmərin tikintisi davam etdirilir. Bu layihə çərçivəsində Düz Cırdaxan və Cəlilli kəndlərinin içməli su problemi həll ediləcək.

Qeyd edək ki, bu kəndlərin əhalisi uzun illər Tovuz və Zəyəm çaylarının suyundan istifadə edib və son illər müşahidə olunan quraqlıq səbəbindən sakinlər içməli suyu uzaq məsafədən daşımaq məcburiyyətində qalırdı.

2020-ci ilin ötən dövrü ərzində “Azərsu” ASC-nin daxili imkanları hesabına Saatlının Nərimankənd və Musalı kəndindəki məcburi köçkün qəsəbəsinin, Ağstafa rayonunun Köçəsgər kəndinin, Ağcabədidə Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı qəsəbənin, Qobustan rayonunun Sündü kəndinin qəsəbə adlanan ərazisinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı layihələr icra olunub. Yaşayış məntəqələrində həyata keçirilən layihələrin bir qismi cari ilin sonu, bir qismi isə gələn ilin əvvəlində yekunlaşacaq.

Cari ildə dövlət investisiya proqtramı çərçivəsində isə Şabran rayonunun Taxtakörpü, Siyəzən rayonunun Sədan və Eynibulaq, Şamaxı rayonunun Hacıqədirli, Lerik rayonunun Piran, Astara rayonunun Qamışoba və Balaşahağac kəndlərində yeni su təchizatı sistemləri yaradılıb.Qorxmaz Hüseynov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!Qorxmaz Hüseynov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!Qorxmaz Hüseynov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!
Qorxmaz Hüseynov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!



«Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynov - “ Möhtərəm cənab Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın uzaqgörən və qətiyyətli siyasəti, yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində, nəhayət ki, 30 illik Qarabağ həsrətinə son qoyuldu, əzəli torpaqlarımız düşmən işğalından azad edildi və şəhidlərimizin qanı yerdə qalmadı. Çox sevinirik və böyük qürur hissi keçiririk ki, Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunacaq bu əlamətdar hadisənin canlı şahidləri olmaq bizə qismət oldu.

Azərbaycan müstəqil ölkədir və onun müstəqil siyasi xətti mövcuddur. Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz. Vətən müharibəsi bizim azadlıq müharibəmizdir, işğalçı Ermənistan isə yeni ərazilər əldə etməyə çalışır.
Sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini təxribat törətməsilə bütün cəbhə boyu genişmiqyaslı hərbi əməliyyatlar başladı, mülki şəxslər həlak olublar, mülki infrastruktur obyektlərinə, təsərüffat sahələrinə ciddi ziyan dəyib. Ermənilər bənzəri olmayan vandalizim nümayiş etdirməklə xüsusiyyətlərini sübüt edirlər. Gecə vaxtı əhalisi yuxuda olan şəhər və kəndləri, hətta qəbirləri gülləbəran edirlər. Gəncə və Tərtərdə törədilən terror aktları isə Xocalı qətliyamı ilə birlikdə hərbi cinayətlər kimi şübhəsiz beynəlxalq məhkəməyə çıxarılacaq. Müzəffər Azərbaycan Ordusu uğurlu əks hücum, sülhə məcbur etmə əməliyyatı keçirməklə cavab tədbirləri görür.
Ali Baş Komandan dəfələrlə bəyan edib ki, biz mülki əhalini hədəf seçmirik, bizim amansız qisasımız döyüş meydanıdır. O, dönə-dönə erməni analarına müraciət edib ki, övladlarınızı başqasının torpaqlarında ölümə göndərməyin. Erməni ordusu haqqında uydurma mifi Azərbaycanın qəhrəman oğulları darmadağın etdi. Ağır itkilər verən düşmən iflic vəziyyətdədir, işğalçı tərəf bütün cəbhə boyu təslim olmaq üzrədir. Ruh düşkünlüyü, fərarilik halları baş alıb gedir. Bizdə isə haqlı mübarizəmizdə hər gün qazanılan qələbələr, işğaldan azad olunan yaşayış məntəqələri, strateji yüksəkliklər bütün bunlar hamıya ruh yüksəkliyi, qürur verir, tam qələbə əzmini daha da artırır. Balalarımız maşallah necədə böyüdürlər, əsl düşmən çəpərinə çevrildilər. Onlar necədə qətiyyətlə ön cəbhəyə can atırlar! Allah qorusun! Azərbaycan vətəndaşları böyük həmrəyliklə Ali Baş Komandan – Cənab Prezidentin ətrafında sıx birləşib onun bütün qərarlarını anlayışla qarşılayır, böyük inamla ona güvənirlər. Müxtəlif ölkələrin telekanallarına, bəzi kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələrində dövlət başçımız qısa vaxt ərzində yığcam, lakin tam aydın şəkildə Qarabağın tarixini, münaqişənin yaranmasının izahını verir. Hər ölkə üçün verilən müsahibədə məhz həmin ölkəyə bəzi mesajlar ünvanlanır. Xalqa müraciətlərdə isə qarşısında sözünü üstündə durması, qətiyyəti, əzmi ilə əsl dövlət başçısının dolğun obrazını görürük. Xalqımız fəxr edir öz xilaskarı ilə. Onun iradəsini heç bir qüvvə, heç bir təzyiq qıra bilmədi. O, bizə qətiyyətli, iradəli, qürurlu olmağın gözəl nümunəsidir.
Budur əsl Liderlik. Müxtəlif düşüncələri, fərqli baxışları olan bütün vətəndaşları birləşdirib vahid qüvvəyə çevirə bilmək bacarığı. Ruhdan düşmək üzrə olan azərbaycanlılara yeni ruh verdiniz, özgüvənimizi qaytardınız, necə vətənpərvər, necə qeyrətli, hünərli xalq olduğumuzu önə çəkdiniz, cənab Prezident. 30 ilə yaxın müxtəlif beynəlxalq qrupların, qrumların etməli olub etmədyini siz öz əzminizlə həll etdiniz.
Dahilərin dahisi, mərdlərin mərdi, müdriklərin müdriki olan Rəhbərimiz, bizə başa saldınız ki, əslində biz çox xoşbəxt xalqıq, çünki taleyimiz dərin, düşüncəli, iti, məntiqli, uzaqgörən, təmkinli, tədbirli, güclü siyasi və taktiki bacarığı olan Sərkərdənin əlindədir. Çox sağ olun, minnətdarıq. Cənab Prezident, qürurlu günlərimizə, sevinc göz yaşlarımıza, sabaha olan böyük inamımıza görə!
Hər günümüz yeni səlnamə olmaqla ölkənin yeni şanlı tarixi yazılır. Var olsun odlar yurdu günəşli Azərbaycan!
Yaşasın bizə fəxarət yaşadan fəxrimiz Ali Baş Komandan!
Yaşasın qəhrəman Azərbaycan əsgəri!
Qarabağ Azərbaycandır!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər