İlham Əliyevin və nazir Səlim Müslümovun tapşırıqlarını şərəflə yerinə yetirən İlqar Qurbanov

İlham Əliyevin və nazir Səlim Müslümovun tapşırıqlarını şərəflə yerinə yetirən İlqar Qurbanov










Son günlər bəzi internet saytlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi, "Azərbaycan Dəmir Yolları" SC-nin sədri, millət vəkili Cavid Qurbanovun qardaşı İlqar Qurbanov barədə həqiqəti əks etdirməyən, yalan və şantaj dolu məlumatların yayımlanmasının səbəbi məlum olub. Bakuxeber.info saytının araşdırması zamanı məlum olub ki, İlqar Qurbanovun fəaliyyətini və uğurlarını gözü götürməyənlər yenidən ona qarşı antitəbliğat kampaniyasına başlayıblar. Bəzi insanlar özlərinə yaxın xəbər saytlarında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəhbəri barədə düzgün fakta əsaslanmayan və böhtan xarakterli sifarişli yazılar dərc etdirməklə görəsən nəyə nail olmağa çalışırlar? Məlum olduğu kimi “qara mətbuat” adlandırılan bəzi xəbər saytları bu günlərdə İlqar Qurbanovun guya işinin öhdəsindən gələ bilməməsi və nazir Səlim Müslümova itaətsizlik etməsi barədə xəbərlərin yayılması çox gülünc doğurur.
Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? İlqar Qurbanovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq İlqar Qurbanovu və onun qardaşı Cavid Qurbanovu nüfuzdan salmağa çalışırlar. Hamıya məlumdur ki, ötən ilin aprelində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun əmrinə əsasən, İlqar Qurbanov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə rəis təyin olunub.
Tanınmış həkim olan İlqar Qurbanov bu vəzifəyə təsadüfən təyin edilməyib. İlqar Qurbanov öz savadı və bacarığı ilə uzun illər müxtəlif vəzifələrdə çalışıb. İlqar Qurbanov əmək fəaliyyətinə 1981-ci ildə başlayıb. Həmin vaxtdan etibarən Musa Nağıyev adına 1 saylı klinik xəstəxanada, Təcili Tibbi yardım Klinik Xəstəxanasında, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində, Bakı Sağlamlıq Mərkəzində, Həmkarlar İttifaqı Respublika Komitəsində, habelə ədliyyə sistemində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (2007-2010-cu illərdə Respublika Əlillərin Reabilitasiya Mərkəzində baş həkim müavini) və digər qurumlarda həkim kimi müxtəlif vəzifələrdə işləyib. İlqar Qurbanov 2014-cü ilin yanvarından hazırkı vəzifəsinə qədər ƏƏSMN-nin Respublika Əlillərin Bərpa Mərkəzinin baş həkimi vəzifəsində çalışıb. İlqar Qurbanov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə rəis təyin olunduqdan sonra bu sahədə vacib islahatlar aparılıb, yeniliklər əldə olunub. Bu gün İlqar Qurbanovun rəhbərlik etdiyi Xidmət tərəfindən əlilliyi doğuran səbəblərin aradan qaldırılması, əlilliyin təyin edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində dövlət siyasəti uğurla həyata keçirilir.
Məlumdur ki, İlqar Qurbanov barədə son vaxtlar şantaj xarakterli məlumatlar yayan şəxslərin əslində başqa niyyəti var. Çünki, onun barəsində qərəzli yazıların hamısında təkcə İlqar Qurbanov deyil, həm də "Azərbaycan Dəmir Yolları" SC-nin sədri, millət vəkili Cavid Qurbanov da hədəf seçilib. Hər iki yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Cavid Qurbanov və qardaşı İlqar Qurbanovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər. Hamıya məlumdur ki, yalan ayaq açsa da yerimir. Həmin yazıları oxuduqda görürsən ki, konkret fakt olmadan məqsədli və qərəzli şəkildə hazırlanan sifarişli yazılardır. İlqar Qurbanovun şəxsi və işgüzar nüfuzuna xələl gətirmək istəyən insanların çirkin niyyətinə çatmayacağı da hamıya məlumdur. Görəsən həmin saytlar nəyə görə hazırda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin və "Azərbaycan Dəmir Yolları" SC-nin uğurlu fəaliyyəti, Cavid Qurbanov və İlqar Qurbanovun gördüyü işlər barədə yazılar hazırlamır? Çünki, onların çirkin niyyəti buna imkan vermir. Onlar anlamalıdılar ki, cənab nazir Səlim Müslümov İlqar Qurbanov barədə yazılanların əsassız olduğunu bilir. Çünki, 35 ildir ki səhiyyə sahəsində çalışan İlqar Qurbanov insanlara yaxınlığı ilə fərqlənən, əlillərin, sağlamlıq imkanları məhdud olan insanların qayğı və problemləri ilə maraqlanan və onlara daim dəstək olan rəhbər kimi özünü həmişə doğruldub.
“Qara mətbuat”da xidmət rəisi İlqar Qurbanovun tutduğu vəzifədən kənarlaşdırılacağı haqda yalan xarakterli məlumatların yayılması onu göstərir ki, İlqar Qurbanovun dövlətçiliyə sədaqətlə xidmət göstərməsi və həyata keçirdiyi düzgün iş prinsipi kimlərəsə sərf etmir. Onun vəzifədən getməsini arzu edən, yəni buna görə də hörmətli İlqar Qurbanov barədə yalan məlumatlar yayan insanların niyyəti baş tutmayacaq. Hazırda öz vəzifəsini uğurla davam etdirən və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin fəaliyyətinin yüksəldilməsi ilə bağlı dövlət başçısı İlham Əliyevin və nazir Səlim Müslümovun tapşırıqlarını şərəflə yerinə yetirən İlqar Qurbanov rəhbərlik etdiyi qurumda işlərin yüksək səviyyədə qurulmasına nail olub.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər