Biləsuvar rayonunda tikinti-quruculuq işləri sürətlə davam etdirilir - VİDEO - ÖZƏL

Biləsuvar rayonunda tikinti-quruculuq işləri sürətlə davam etdirilir - VİDEO - ÖZƏL







Son günlər ölkə KIV-lərində Biləsuvar rayonu və Mahir Quliyev haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edirlər.

Əslində bu yazılarda həqiqət yükü olmadığına görə reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar. Əslində, məsələ yalnız, yalan, böhtanla bitmir. Məsələn sensasya yaratsınlar deyə “Biləsuvar rayonunun gizli korrupsioneri: Mahir Quliyev haqda şok məlumatlar” başlığı seçirlər və sonra bu başlıq altında da nələr yazırlar bir özləri bilir, bir ALLAHları.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqaq bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan işi tökürlər? Niyə Mahir Quliyevin fəaliyyətindən yazmırlar? Axı Mahir Quliyevin xırdaca bir qüsurunu filə döndərmək bu adamlar üçün peşəyə çevrilib. Amma indiki halda nala mıxa vurub Mahir Quliyevin gördüyü işləri sanki yaddan çıxarırlar. Cənablar, Mahir Quliyev Biləsuvarın icra başçısıdır.

Böyük Cavidin bu misrasını təkrarlamaq yerinə düşər:

“Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur, yer üzünü…”


Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah hazılının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı və analoqu olmayah hədd yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Son illər ölkənin əksər rayonlarının sürətlə inkişaf etdiyi və abadlaşdığını görmək mümkündür. Bu sırada aparıcı yerlərdən birini Biləsuvar tutur. Qeyd edək ki, Biləsuvar son bir neçə ildə tikinti meydançasına çevrilib. Hər tərəfdən tikinti, abadlıq və quruculuq işlərinin aparılması isə camaatın ürəyincədir. Bundan əlavə rayonda sosial problemlərin həlli, işsizliyin aradan qaldırılması və digər bu kimi hallara da xüsusi diqqət yetirilir və önəm verilir. Bildirək ki, faktiki vəziyyətin yaranmasının başlıca səbəbkarı rayonun icra başçısı Mahir Quliyevin gərgin əməyinin nəticəsidir. Belə ki, Mahir Quliyev Biləsuvara rəhbər təyin olunan ilk gündən qollarını çırmayaraq, harada problem varsa, onun aradan qaldırılmasına başlayıb. Qısa müddətdə şəhərin görkəminin dəyişdirilməsi, yeni parkaların salınması, küçələrin genişləndirilməsi və abadlaşmasını təmin edən icra başçısı, bununla kifayətlənmək fikrində deyil. Çünki Biləsuvarda görüləcək işlər çoxdur. Həm də biləsuvarlılar üçün görüləcək işlər həddindən artıq çoxdur. Mahir Quliyev əhaliylə xoş münasibəti, onların şikayətlərini dinləmək üçün həmişə can atması, onların ehtiramını saxlaması, problemlərini həll etmək üçün lazım olan bütün addımları atması hamı tərəfindən təqdir olunur, alqışlanır. Elə rayon sakinləri də yaranmış vəziyyətdən məmnundurlar. Onlar deyirlər ki, bir zamanlar Biləsuvar yalnız özünün təsərrüfatı ilə məşhur idisə, indi gözəlliyi, ilə ad çıxarmağa başlayıb.

Umumiyyətlə cənab M.Quluyev tez tez kəndlərə, vətəndaşlarla görüşə gedir, onların problemlərini dinləyir və aidiyyatı təşkilatlara yerindəcə müvafiq tapşırıqlar verir. Mahir müəllim cənab Prezidentin sozləri ile desek ozunu Biləsuvar rayon sakinlarinin bir nömrəli xidmətçisi sayır. Əminliklə demək olarki Biləsuvar rayonu öz simasını tamamı ilə dəyişib. Bunu sakinlərlə söhbətimizdədə təsdiqlədilər.

P.S. Bakuxeber.info olaraq bəzilərinin diqqətinə çatdırır ki, Biləsuvar RİH-nin başçısı Mahir Quliyevin bizim müdafiəmizə ehtiyacı yoxdur.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər