Mingəçevirdə Niyazi Bayramovun uğurlu yolu

Mingəçevirdə  Niyazi Bayramovun uğurlu yolu










Kür çayının mənzərəli sahilində yerləşən səliqə-sahmanlı, çiçəklənən Mingəçevir şəhəri təkcə Azərbaycanın energetika mərkəzi deyil. Ölkədə istehsal olunan bütün elektrik enerjisinin 65 faizi məhz bu şəhərin payına düşsə də, turizmin inkişafı baxımından da Mingəçevir xüsusi maraq kəsb edir. O, Azərbaycanın ən gənc şəhərlərindən biridir, təməli 1945-ci ildə qoyulub. Mingəçevir həm də idman kadrları yetişdirən mərkəz kimi məşhurdur. Geniş tanınan “Kür” Olimpiya Tədris-İdman Mərkəzi də bu şəhərdə yerləşir. Məşq etmək üçün mərkəzə dünyanın hər yerindən idmançılar gəlir.

Mingəçevirə səyahət etməyə dəyər, ən azı gəzinti katerində Kürdə yel kimi əsib-keçmək, su anbarının lacivərd çimərliklərində suya dalmaq və rahat kiçik kafelərin kölgəliyində Kür çayından tutulmuş balığın dadına baxmaqdan ötrü.

Azərbaycanın böyük şəhərlərindən biri olan Mingəçevir şəhəri öz qədimliyi və müasirliyi ilə vəhdət təşgil edən, güclü saneyesi ilə secilən, ölkəni ən böyük elektrik enerjisilə təmin edən, beynalxalq idman yarışlarını qəbul edən füsünkar gözəl şəhərdi. Bu şəhərə Azərbaycan Respublikası Prezidentinin 14.04.2012-ci il tarixli 2173 nömrəli sərəncamı ilə Niyazi Bayramov Mingəçevir şəhər İcra Hakimiyyətinə başçılıq edir.

Mingəçeviri mübaliğəsiz parklar şəhəri adlandırmaq olar. Burada təxminən hər küçədə bir neçə park yerləşir – biri qurtarır, ardınca digəri başlayır. Ümumiyyətlə, şəhərdə ondan çox park var, onlardan ən böyüyü və məşhuru “Sahil” parkıdır. Bulvar adı ilə də tanınan bu park haqqında söhbətimiz xüsusi olacaq.

Ən vacibi odur ki, şəhərin bütün parkları çox gözəl abadlaşdırılıb, hər biri təkrarolunmaz dizayna malikdir, hər yerdə rahat skamyalar, çoxlu kafelər, uşaq meydançaları və yaşıllıq var. Subtropik iqlim nəticəsində şəhərdə həm yerli, həm də son vaxtlar xaricdən böyük miqdarda gətirilmiş ekzotik bitki növləri yetişdirilir. Burada hətta banan ağaclarını da görmək olar. Onların böyük parlaq yarpaqları landşafta bənzərsiz kolorit verir.

Əgər şəhərə çox hündürlükdən baxılarsa, onun tam yaşıllığa qərq olunduğunu görmək mümkündür. Maraqlıdır ki, hər parkda onun abadlığına cavabdeh olan işçilərin adlarını və telefon nömrələrini göstərən sorğu kitabçası var. Bu cür təcrübə heç paytaxtda yoxdur.

Mingəçeviri məşhur edən digər görməli yerlərin adını da xatırlamamaq olmaz. Onların sırasında kompyuter və elektron avadanlıq istehsal edən “Kür” şirkətini qeyd etmək olar. Şirkətin məhsulları Azərbaycanın bir çox təhsil və dövlət müəssisələrində quraşdırılıb. “Ana dili” abidəsi də maraqlı və unikaldır. Abidənin təsvirindən orta məktəb dərsliklərindən birinin üz qabığında istifadə olunub.

Mingəçevir, həmçinin məşhur Sankt-Peterburq – Mingəçevir avtomobil yarışı ilə də məşhurdur. Dörd ölkənin ərazisindən keçən bu yol Rusiya, Ukrayna, Gürcüstan və Azərbaycan arasında avtomobil turizmini genişləndirmək üçün nəzərdə tutulub. Bu maraqlı şəhər haqqında zəngin məlumat bir məqaləyə sığmır. Bir sözlə, Mingəçevirə - xoş sürprizlər diyarına gəlin. Orada sizi unudulmaz istirahət və müsbət emosiyalar gözləyir.

Biz Bakuxeber.info olaraq Bakıda- Tbilisi prospektindən Dərnəgül istiqamətinə gedən yolda çəkilmiş Mingəçevir şəhər icra başçısının xidməti avtomobilində, salonda qabaq oturacaqda oturan xanımla bağlı araşdırma apardıq və bu xanımın nə Niyazi Bayramovla nə də ki, xidməti avtomobil ilə bir əlaqsəi var. Sadəcə olaraq Niyazi müəllimə şər-böhtan ataraq nəsə əldə etmək istəyirlər. Burdan bütün sayt və qəzetlərə səslənərək deyirik ki, Böhtanla qazanılan pul, jurnalistlik adına yaraşmır.


Mingəçevirdə  Niyazi Bayramovun uğurlu yolu
Mingəçevirdə  Niyazi Bayramovun uğurlu yolu
Mingəçevirdə  Niyazi Bayramovun uğurlu yolu
Mingəçevirdə  Niyazi Bayramovun uğurlu yolu
Mingəçevirdə  Niyazi Bayramovun uğurlu yolu
Mingəçevirdə  Niyazi Bayramovun uğurlu yoluБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər