Mingəçevir yeni inkişaf mərhələsində

Mingəçevir yeni inkişaf mərhələsində












Mingəçevir girişi ən gözəl şəhərlərin giriş qapıları ilə müqayisə olunacaq

Redaksiyamıza Mingəçevir Şəhəri İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov haqqında ilginc məlumatlar və bu mövzuda başqa yazılar daxıl olub. Yazılarda qısaca qeyd olunur ki, Mingəçevir şəhərində vəziyyət bərbad gündədir.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun bir çox biznesləri və başçılıq etdiyi Mingəçevir şəhər İcra Hakimiyyətində neqativ hallardan bəhs edilir.

Çox saylı yazıları nəzərə alaraq Bakuxeber.info-nun əməkdaşlarından birini göndərdik Mingəçevir şəhər İcra Hakimiyyətinə. Əməkdaşımız iş vaxtı orda oldu və ordakı işlərlə bağlı araşdırma apardı.

Mingəçevir şəhər İcra Hakimiyyətində işləyən bir neçə işçiylə və şəhər sakinləriylə də ünsiyyətdə olduq. Onlar Mingəçevir şəhərində hər bir işin öz qaydasında olduğunu bildirdilər. Mingəçevir şəhərində şəhər sakinlərinə çox yaxşı münasibət göstərirlər və deyilənlərin yalan, böhtan oluqlarını qeyd etdilər. Və dedilər ki, kiminsə ağlında əlavə sual varsa gəlsinlər burdakı hər bir şəraiti, şəhər sakinlərinə olan davranışları görsünlər sonra yazsınlar.

Bizimlə həmsöhbət olan mingəçevirlilər etiraf edirlər ki, hörmətli Niyazi Bayramov İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunduğu ilk gündən onlar dövlətin qayğılı münasibətini daha dərindən hiss edirlər. Çünki bu münasibəti vətəndaşlara ötürməklə vəzifələndirilmiş Niyazi Bayramov və onun rəhbərlik etdiyi şəhər icra hakimiyyəti aparatı öz işlərinin öhdəsindən ləyaqətlə gəlirlər. Başqa bir özəllikdə ondadır ki, Niyazi Bayramov Mingəçevir şəhərinin və mingəçevirlilərin potensialına yaxşı bələd olduğundan, tərəqqipərvər qüvvələri tez bir zamanda səfərbər edib onların güclərini şəhərin daha da çiçəklənməsinə, iqtisadiyyatımızın inkişafı istiqamətinə yönəldə bilmişdir.

Bu gün şəhərin girişi başdan-başa yenidən qurulub. Yol genişləndirilib, dekorativ bəzədilmiş hasarlar çəkilib. Baxdıqca baxmaq istəyirsən. Sevinirsən. İstər-İstəməz buranın gələcək vəziyyəti gözümün qarşısına gəlir. Bəli, çox keçməyəcək Mingəçevir girişi ən gözəl şəhərlərin giriş qapıları ilə müqayisə olunacaq. Yeni işıq dirəkləri öz nurunu nəinki şəhərə insanların ürəyinə salacaqdır.

Mingəçevir hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən şəhərindən olub. Tarixiliklə müasirliyin qovuşduğu bu Azərbaycan şəhəri bu gün özünün görünməmiş inkişaf illərini yaşayır. Bu isə hər şeydən öncə ölkə rəhbərliyinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün bölgələrə olduğu kimi, Mingəçevir şəhərinə da göstərdiyi diqqət və qayğının təzahürüdür. Şəhər rəhbərliyinin, konkret olaraq isə Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə Mingəçevirdə inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub

Ümumilikdə görülən bütün işlərin vaxtı-vaxtında həyata keçirilməsi prosesinə nəzarət etməklə vəzifələndirilmiş İcra başçısı Niyazi Bayramov və onun rəhbərlik etdiyi aparat əhalinin elektrik enerjisi, qaz, su ilə təhcizatı məsələlərini diqqət mərkəzində saxlayırlar. Daimi iş yerlərinin açılması, Dövlət Proqramının əsas istiqamətlərindən biri olan kiçik və orta sahibkarlığın inkişafına dəstək müstəvisində xeyli tədbirlər həyata keçirilmişdir. Şəhid ailələri, Qarabağ əlilləri rayon rəhbərliyinin qayğısı ilə əhatələnmişlər.

İnamla deyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun yaxından qayğısı və köməkliyi sayəsində sosial quruculuq, adamların rahat yaşayışını və firavanlığını təmin etmək sahəsində həyata keçirilən islahatlar öz gözəl bəhrəsini bundan sonra da verəcək.

Ona görə də, biz burdan üzümüzü tütüb bəzi saytlara və qəzetlərə deyirik ki, öz mənfəətiniz üçün yalan-böhtan məlumatları dərc etməyəsiniz. Necə ola bilər ki, Niyazi müəllimin üzünü və şəhərdə gördüyü işləri görmədən yalan və şantaj xarakterli yazılar dərc edəsiniz? Sayt və qəzet rəhbərləri bu cür hallar əsil jurnalistə yaraşan hərəkət deyil. Ona görə də yazı hazırlayarkən əvvəlcə işi araşdırın sonra olduğu kimi dərc edin.


Mingəçevir yeni inkişaf mərhələsində
Mingəçevir yeni inkişaf mərhələsində
Mingəçevir yeni inkişaf mərhələsində
Mingəçevir yeni inkişaf mərhələsində
Mingəçevir yeni inkişaf mərhələsində
Mingəçevir yeni inkişaf mərhələsində
Mingəçevir yeni inkişaf mərhələsində
Mingəçevir yeni inkişaf mərhələsində
Mingəçevir yeni inkişaf mərhələsində
Mingəçevir yeni inkişaf mərhələsindəБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər