Mingəçevir Turizm Kolleci haqqında yazılanlara obyektiv prizmadan baxış

Mingəçevir Turizm Kolleci haqqında yazılanlara obyektiv prizmadan baxış









Bakuxeber.info-nun araşdırmasına əsasən - Son günlər Mingəçevir Turizm Kolleci və onun direktoru İqtisad elmləri doktoru, professor Əyyub Əyyubov haqqında bəzi mətbuat orqanlarında çeşidli yazılar yayımlanır. Həmin məlumatları araşdırmaq məqsədiylə Mingəçevir Turizm Kollecində olduq. Deyilənləri, yazılanları dəqiqləşdirməyə çalışdıq.

Qeyd edək ki, faktiki olaraq Mingəçevir Turizm Kollecində vəziyyət heç də yazılanlar kimi deyil. Əksinə, Mingəçevir Turizm Kollecində durum tamam fərqlidir və bunu bilmək üçün alim-filan olmağa da gərək yoxdur. Cəmi kmlərlə məsafə qət edib, Mingəçevir Turizm Kollecinə təşrif gətirmək kifayətdir. Yox, əgər onlar özlərinə əziyyət verib, Mingəçevir Turizm Kollecinə gəlmək istəməyib, kənardan «qarmaq» atmaq eşqindədirlərsə, o zaman yazdıqlarımızı diqqətlə oxuyub, vəziyyətdən hali olsunlar.

Onu vurğulamaq lazımdır ki, Əyyub Avdın oğlu Əyyubov 1956-cı ildə, hal-hazırda işğal altında olan Ağdam rayonunun İlxıcı kəndində anadan olub. Yap- Mingəçevir şəhər təşkilatının 38 saylı ərazi təşkilatının sədridir.

2003-cü il aprel ayının 13-də Nazirlər Kabinetinin qərarı ilə “Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin “ Mingəçevir şöbəsi yaradılmış və şöbənin müdiri vəzifəsinə təyin edilmişdir. 2006-cı ilə qədər şöbənin fəaliyyəti davam etdirilmiş, 2006-cı ildə “Bakı Bədən Tərbiyəsi və Turizm Kolleci Nazirlər Kabinetinin qərarı ilə fəaliyyətini dayandıraraq ləğv edilmiş və müstəqil Mingəçevir Turizm Kolleci yardılmış və professor Əyyubov Əyyub Kollecin direktoru vəzifəsinə təyin edilmişdir.

2008-ci ildən başlayaraq hal-hazıra kimi Brithi Council layihəsi əsasında Şotlandiyanın Edinburq şəhərində yerləşən Stevenson Kolleci ilə əməkdaşlıq edir.

2009-cu ildə Avropa Təbiəti Elmləri Akademiyasının həqiqi üzvü seçilib. Birləşmiş Millətlər Təşkilatının "Avropa" Şərəf ordeninə layiq görülüb. Türk Dünyası araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib, həmin Akademiyanın təsis etdiyi "qızıl ulduz" medalına layiq görülüb.

20 kitabın, 200-dən çox elmi məqalənin müəllifidir.Professorun axırıncı kitabı "Müqəddəs Məşhəd Yollarında" kitabıdır. Bu kitab professor Əyyub Əyyubovun sayca iyirminci, məzmun və mahiyyətcə isə "Əxlaq söhbətləri" ndən sonra birinci kitabıdır.Müəllifin qələmə aldığı bu mövzu ədəbi-bədii tarixi publisistik bir əsər olmaqla həm ensklopedik, həm də dini əxlaqi xarakter daşıyır.

Ölkənin turizmlə bağlı perspektivlərinə böyük ümidlər bəsləyən Prezident İlham Əliyev bu önəmli sahənin inkişafına yalnız bacarıqlı və peşəkar mütəxəssislər sayəsində nail oluna biləcəyini yaxşı bilirdi. Bu səbəbdən də sosial - iqtisadi layihələrin icrası ilə eyni vaxtda, turizm sahəsi üzrə ixtisaslaşmiş iki yeni təhsil müəssisəsinin təsis olunması barədə sərəncam imzaladı. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı ilə Mingəçevir Turizm Kolleci rəsmən fəaliyyətə başlamış oldu. Turizm sahəsi üzrə ixtisaslı pedaqoq mütəxəssislərin barmaqla sayıldğı, gərəkli turizm dərsliklərinin, elmi- metodik vəsaitlərin yox dərəcəsində olduğu bir dönəmdə yeni səlahiyyətlər verilmiş və üzərinə böyük vəzifələr qoyulmuş bir müəssisə, necə deyərlər, “yoxdan var oldu”. Belə bir önəmli vəzifəni və çətin yükü çiyinlərində daşıya biləcək bir kollektivə rəhbər təyin edilərkən bu işin ağırlığını və məsuliyyətini yaxşı hiss edirdik.

Turizm Kollecində tələbələrin nəzəri biliklərinin zənginləşdirilməsi ilə yanaşı, praktik bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Əvvəla, etiraf etmək lazımdır ki, burada cəmiyyətin zəruri ehtiyaclarından doğan ixtisaslar tədris olunmaqdadır. Sirr deyil ki, hazırda ölkəmizdə turizm işinin təşkili, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi, turist-sanatoriya və kurort komplekslərində tibbi xidmətin təşkili, dizayn, bələdçilik, reklam işi, nəqliyyatda daşımaların təşkili və digər ixtisaslar üzrə ixtisaslı kadrlara böyük ehtiyac hiss olunur. Yəni bu ixtisaslara yiyələnən gənc mütəxəssislər üçün gələcək karyeranın qurulmasında hər hansı ciddi çətinlik mövcud deyil. Kollec məzunlarının karyerasına dair əldə olunan məlumatlar da bu fikri əminliklə söyləməyə imkan verir. Belə ki, hazırda 5 mindən artıq kollec məzunu ixtisasına müvafiq sahələrdə inamla çalışaraq mövcud inkişafa əməli dəstək verməkdədir.

Ümumiyyətlə, Mingəçevir Turizm Kollecinin on il ərzində qazandığı uğurların təməlində dövlətə, dövlətçiliyə və Heydər Əliyev ənənələrinə sədaqət hissi dayanır. Xüsusilə, Heydər Əliyev ənənələrinə bağlılıq bu böyük və nüfuzlu kollektivi daim uğurdan-uğura aparır. Bu irsin daha dərindən öyrənilməsi və təbliği məqsədilə kollecdə davamlı və məqsədyönlü iş aparılır. Bu sahədə Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyatı qurumlar kollektivə hərtərəfli dəstək nümayiş etdirirlər. O cümlədən kollektiv Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən daimi diqqət və qayğı ilə əhatə olunur. Bütün bunlar Mingəçevir Turizm Kollecini yeni və daha böyük uğurlara ruhlandırır.

Hər bir sahədə çalışanların fəaliyyətinə münasibətdə Mingəçevir Turizm Kollecin direktoru İqtisad elmləri doktoru, professor Əyyub Əyyubov yalnız qanuna, ədalətə və şəffaflığa əsaslanır. Tam məsuliyyətimizlə deyirik ki, Mingəçevir Turizm Kollecində kiminsə haqqına toxunmaq kiminsə düşüncəsində belə özünə yer tapa bilməz. Bunun nəticəsidir ki, uzun illər durğun vəziyyətdə olan təhsilimiz burada yeni inkişaf dövrünü yaşayır.

Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.
Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” Mingəçevir Turizm Kollecin direktoru İqtisad elmləri doktoru, professor Əyyub Əyyubovu əvəz edə bilməz. Getdik, gördük və yazdıq. Və dahi Sabirin sözləri ilə yazıya son nöqtəni qoyuruq:

Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmərəm.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər