Mingəçevir Turizm Kolleci turizminin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir

Mingəçevir Turizm Kolleci turizminin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir












Kollecdə bütün ixtisaslar üzrə kadr hazırlığı günün tələbləri səviyyəsində həyata keçirilir

Bakuxeber.info-nun əməkdaşı bu günlərdə Mingecevir Turizm kollecində olmuş, burada yeni nəslin milli və mənəvi ruhda böyüməsi üçün təhsil müəssisəsində yaradılan şəraitlə yaxından tanış olmuşdur. Qeyd edək ki, gənclərimizin hərtərəfli böyüməsində təhsil ocaqlarının payı az deyil. Daima öz yenilikləri və peşəkar kadrların hazırlığı istiqamətində uğurlu fəaliyyəti ilə seçilən bu təhsil müəssisəsi də məhz belələrindəndir. Biz kollecin direktoru, iqtisad elmləri doktoru, Eyyub Eyyubovla həmsöhbət olduq. Eyyub müəllim bildirdi ki, burada tələbələrin milli və mənəvi cəhətdən hərtərəfli böyümələri üçün bütün şərait yaradılır. Kollecdə olan bütün ixtisaslar üzrə kadr hazırlığı günün tələbləri səviyyəsində həyata keçirilir.

Eyyub müəllim, “Son dövrlər yeni nəsildə xüsusi ilə tələbələrdə mütaliəyə maraq çox azdır. Bu həvəssizliyin yaranmasına səbəb nədir?” sualımıza belə cavab verdi:
“Mütaliəyə marağın azlığının müxtəlif səbəbləri vardır. Birincisi informasiya texnologiyalarından daha çox istifadə, ikincisi mobil telefonlara hədindən artıq meyllilik, internetdən asan vasitə kimi istifadə etmək və s. Yaxşı olar ki, tələbələr, gənclər milli və mənəvi cəhətdən formalaşmaq üçün çoxlu kitablar oxusunlar. İnternet heç zaman kitabdan artıq ola bilməz. İnternet də lazımdı amma...Gənclərimiz çalışsınlar bizə yad olan yabanı məsələlərdən uzaq olsunlar. Kitab oxusunlar, nitqlərini inkişaf etdirsinlər, dahi söz sərraflarının müsbət qəhrəmanlarını özlərinə örnək seçsinlər”.
Sonra Eyyub müəllim kollecin yaranma tarixindən və cəmiyyətimizə verdiyi töhvələrdən bəhs etdi. O bildirdi ki, Mingəçevir Turizm Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.2006-cı il tarixli 45 nömrəli qərarı əsasında yaradılmışdır. Kollecin təsisçisi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyidir. Kollec 2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı ilə akkreditə olunmuşdur.

Mingəçevir Turizm kollecinin qarşısında duran başlıca vəzifə iqtisadiyyatımızın inkişafı üçün ən perspektivli sahə olan turizm sənayesi üçün hərtərəfli bacarıqlı mütəxəssislərin hazırlanmasıdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində kollec qısa müddətdə xeyli uğurlar qazana bilmişdir. Artıq kollecin məzunları ölkə turizminin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. Kollecin fəaliyyətində ən uğurlu nailiyyətlər sırasında yüksək tədris intizamına nail olunmasını və beynəlxalq əməkdaşlıq sahəsində qazandığı uğurları göstərmək olar.

Mingəçevir Turizm Kolleci Şotlandiyanın Stevenson, Rusiyanın Moskva Biznes və İqtisadiyyat, Moskva Humanitar, Rumıniyanın Andrei Barseanu, Qazaxıstanın “Almatı Dövlət Texnologiya və Menecment Kollecləri ilə əməkdaşlıq edir. 2012-ci ildən isə Avropa Komissiyasının TEMPUS proqramı çərçivəsində Almaniyanın Yade Universiteti ilə 2013 - cü ildən isə Fransanın Qrenobl Akademiyası ilə əməkdaşlığa başlamışdır. Belə əməkdaşlıqlar nəticəsində qazanılan təcrübə tədrisin müasir formalarının və yeniliklərin tətbiqinə imkan yaradır.

Sonda Eyyub müəllim, tələbələrə tövsiyyə də etdi: “internetdən səmərəli istifadə edin və daha çox əsərlər oxuyun. Oxuyun ki, kamil və aqil insanlar olasınız. Mütailə edin ki, savadınızla başqalarına örnək olasınız. Unutmayın milli və mənəvi tərbiyəyə aparan yol kitabdan keçir. Çalışın rəfiniz kitabla dolu olsun!”Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər