Vaqif Əliyev: Turizmin inkişafı Azərbaycan xalqının sosial rifahının yüksəlməsi aspektində

Vaqif Əliyev:  Turizmin inkişafı Azərbaycan xalqının sosial rifahının yüksəlməsi aspektində









“Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir. Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir. Qeyri-neft sektorunun inkişafı ilə bağlı olan bu istiqamət çox önəmlidir”

Vaqif Əliyev 1953-cü il iyul ayının 17-də anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini bitirmişdir. 1975-1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, kiçik elmi işçi, qrup rəhbəri, baş müəllim vəzifələrində işləmişdir. 1982-1988-ci illərdə Azərbaycan Dövlət Universiteti komsomol komitəsinin katibi, 1988-1994-cü illərdə BDU-nun fizika fakültəsində baş müəllim vəzifəsində çalışmışdır.

1994-2001-ci illərdə gənclər, idman və turizm nazirinin 1-ci müavini, 2001-2003-cü illərdə isə gənclər, idman və turizm nazirinin 1-ci müavini vəzifəsində çalışıb. 2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 18 fevral 2011-ci il Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Vaqif Əliyev mədəniyyət və turizm nazirinin 1-ci müavini təyin olunub. Fizika-riyaziyyat elmləri namizədidir

Turizmin inkişafı Azərbaycan xalqının sosial rifahının yüksəlməsi aspektində

Azərbaycan dövlətinə ilk səyahətlər ticarət, dini, siyasi və dərketmə məqsədləri ilə əlaqəli olmuşdur. Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarının hərəkətini ilk səyahətlər hesab etmək olar.

Turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında öz əksini tapdı. 1999-cu ildə Milli Məclisdə "Turizm haqqında" qanun qəbul edildi. 27 iyul 1999-cu ildə Heydər Əliyev "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" fərman imzaladı. Bu qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəlmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi, turizm sahəsində münasibətləri tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən etdi. "2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı" ölkəmizdə yaxın gələcəkdə turizm-kurort sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli istifadəsinə zəmin yaradır.

Turizm həm iqtisadiyyatın güclü amili, həm təsirli sosial institut, həm də cəmiyyətdə ictimai rifah və mədəniyyətin göstəricisi kimi insanın həyat səviyyəsinin yüksəlməsinə, mənəvi zənginləşməsinə kömək edir. Azərbaycan dövləti milli turizm sahəsinin inkişaf etdirilməsini iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqaməti elan etmişdir. Son illər turizmin təşviqi ilə bağlı görülən işlər, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Dövlət və regional səviyyələrdə həyata keçirilən sosial siyasətdə turizm strateji əhəmiyyətli məsələ kimi çıxış edir.

Turizmin çoxsaylı növləri mövcuddur. Eyni zamanda, onun bütün çeşidli formaları müəyyən sosial əhəmiyyət daşıyır və insanların həyat səviyyəsinə təsirini göstərir.
Azərbaycanda turizm sənayesinin inkişafı dövlətin strateji fəaliyyət planının əsas hissəsini təşkil edir. Ölkəmizdə turizmin müxtəlif formaları – daxili və xarici turizm, sosial turizm, dini turizm və s. inkişaf edir. Bu gün regional turizmin inkişafı dövlətin sosial siyasətinin aparıcı istiqamətlərindən biridir. Regionlarda turizmin inkişafı üçün kompleks sabit və tənzimlənmiş siyasətin həyata keçirilməsi zəruridir. Sabit regional inkişaf sosial, ekoloji, iqtisadi ehtiyatların sosial istiqamətə yönəldilməsinə şərait yaradır. Son dövrlərdə turizm dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi çıxış edir. Hazırda sosial nemətlərin istifadəsi, doğum və uşaq ölümü, fiziki və mənəvi sağlamlıq meyarları, təhsil və nəhayət, həyat davamlılığı regional inkişafın əsas göstəriciləri kimi qəbul edilir. Burada turizm əhəmiyyətli rola malikdir. Regionların inkişafı müxtəlif normativ sənədlər, regional qanunvericilik aktları, sosial proqramlar vasitəsilə həyata keçirilir. Bu sosial proqramlarda regionlarda turizm infrastrukturunun – mehmanxanalar, turizm informasiya mərkəzlərinin və s. yaradılması və inkişafı əsas məsələ kimi qoyulur.

Bu gün turizmin inkişafı Azərbaycanda xüsusi əhəmiyyət kəsb edir, bu, bir tərəfdən iqtisadiyyatda alternativ sahələrin inkişafı, digər tərəfdən dövlət büdcəsi üçün yeni gəlir mənbələrinin açılması deməkdir. Belə ki, son illərdə xarici turizmdən əldə edilən gəlirlərin neft sənayesindən daha çox olduğu məlumdur. Ölkədə turizm sahəsinin inkişafı bir tərəfdən ölkənin iqtisadi tərəqqisinə, regionlarda kiçik şəhərlərin inkişafına, sosial infrastrukturun təkmilləşdirilməsinə, digər tərəfdən əhalinin rifah halının yüksəldiləməsinə, ehtiyacı olan təbəqələrin müalicə və turizmin digər sosial xidmətlərilə bağlı tələbatlarının təmin edilməsinə yönəlir. Beləliklə, Azərbaycanda turizmin yeni sahələrindən olan sosial turizm yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bununla bağlı qeyd etdiyi kimi: “Azərbaycanın sosial siyasəti güclü iqtisadi bazaya əsaslanır. Biz iqtisadi sahədə əldə edilmiş nailiyyətləri insan kapitalına çeviririk” . Bu sözlər yaxın gələcək və perspektivlər üçün Azərbaycan iqtisadiyyatının və milli turizmin inkişafının əsas hədəflərini müəyyən edir.

Mədəniyyət və tuzim nazirinin birinici müavini Vaqif Əliyev
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər