Tahir Yusifov Salyan Suvarma Sistemləri İdarəsində ona göstərilən etimadı layiqincə doğrultmağa çalışır

Tahir Yusifov Salyan Suvarma Sistemləri İdarəsində ona göstərilən etimadı layiqincə doğrultmağa çalışır



İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Tahir Yusifov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Tahir Yusifov Salyan Suvarma Sistemləri İdarəsinin rəislik fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr Salyanda, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Axı mən də salyanlılar kimi Tahir Yusifovu çox yaxşı tanıyıram. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Əhməd Əhmədzadənin tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .

Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Ona etibar edilən bütün postlarda Tahir Yusifov özünü doğruldub. Bizdə hörmətli Tahir Yusifovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

P.S. Bakuxeber.info olaraq bəzilərinin diqqətinə çatdırır ki, Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifovun bizim müdafiəmizə ehtiyacı yoxdur.

Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifov - 2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8395 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Cari ilin 14 fevral və 16 avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunda səfərdə olmuşdur. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı. Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir. Eyni zamanda, Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır.

Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasını işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Prezident İlham Əliyev vurğulayıb: “Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək.” Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq.

Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər