Məhərrəm Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir

Məhərrəm Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir









Bakuxeber.info olaraq bu şərəfli insan - Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev haqqında məqalə hazırlamağı özümüzə borc bildik.

Yaşğadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistəmimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu sitğuasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, bələləri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çğalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan ğköç etmək örnəyini qoymalıdır.

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi insan. Bu şəxs kimidir? Bu şəxs Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyevdir. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Məhərrəm müəllim. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, hansı vəzifədə işləməyinə baxmayaraq, əlindən gələni əsirgəmir.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda qan, dostu uğrunda qöz yaşı, ailəsi uğrunda tər tökən əqidə adamıdır.

Məhərrəm Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də cənab prezident İlham Əliyevin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Məhərrəm Quliyevi heç vaxt əqidəsindən döndərə bilməz.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev fəaliyyətinin ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Çox saylı yazıları nəzərə alaraq Bakuxeber.info-nun əməkdaşlarından birini göndərdik Ağstafa rayon İcra Hakimiyyətinə. Əməkdaşımız iş vaxtı orda oldu və ordakı işlərlə bağlı araşdırma apardı.

Ağstafa rayon İcra Hakimiyyətində işləyən bir neçə işçiylə və rayon sakinləriylə də ünsiyyətdə olduq. Onlar Ağstafa rayonunda hər bir işin öz qaydasında olduğunu bildirdilər. Ağstafa rayonunda rayon sakinlərinə çox yaxşı münasibət göstərirlər və deyilənlərin yalan, böhtan oluqlarını qeyd etdilər. Və dedilər ki, kiminsə ağlında əlavə sual varsa gəlsinlər burdakı hər bir şəraiti, rayon sakinlərinə olan davranışları görsünlər sonra yazsınlar.

Bizimlə həmsöhbət olan ağstafalılar etiraf edirlər ki, hörmətli Məhərrəm Quliyev İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunduğu ilk gündən onlar dövlətin qayğılı münasibətini daha dərindən hiss edirlər. Çünki bu münasibəti vətəndaşlara ötürməklə vəzifələndirilmiş Məhərrəm Quliyev və onun rəhbərlik etdiyi rayon icra hakimiyyəti aparatı öz işlərinin öhdəsindən ləyaqətlə gəlirlər. Başqa bir özəllikdə ondadır ki, Məhərrəm Quliyev Ağstafa rayonunun və ağstafalıların potensialına yaxşı bələd olduğundan, tərəqqipərvər qüvvələri tez bir zamanda səfərbər edib onların güclərini rayonun daha da çiçəklənməsinə, iqtisadiyyatımızın inkişafı istiqamətinə yönəldə bilmişdir.

Ağstafa hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olub. Tarixiliklə müasirliyin qovuşduğu bu Azərbaycan şəhəri bu gün özünün görünməmiş inkişaf illərini yaşayır. Bu isə hər şeydən öncə ölkə rəhbərliyinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün bölgələrə olduğu kimi, Ağstafa rayonuna da göstərdiyi diqqət və qayğının təzahürüdür. Rayon rəhbərliyinin, konkret olaraq isə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə Ağcabədidə inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub

Ümumilikdə görülən bütün işlərin vaxtı-vaxtında həyata keçirilməsi prosesinə nəzarət etməklə vəzifələndirilmiş İcra başçısı Məhərrəm Quliyev və onun rəhbərlik etdiyi aparat əhalinin elektrik enerjisi, qaz, su ilə təhcizatı məsələlərini diqqət mərkəzində saxlayırlar. Daimi iş yerlərinin açılması, Dövlət Proqramının əsas istiqamətlərindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığın inkişafına dəstək müstəvisində xeyli tədbirlər həyata keçirilmişdir. Şəhid ailələri, Qarabağ əlilləri rayon rəhbərliyinin qayğısı ilə əhatələnmişlər.

İnamla deyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin yaxından qayğısı və köməkliyi sayəsində sosial quruculuq, adamların rahat yaşayışını və firavanlığını təmin etmək sahəsində həyata keçirilən islahatlar öz gözəl bəhrəsini bundan sonra da verəcək.
Məhərrəm Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
Məhərrəm Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
Məhərrəm Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
Məhərrəm Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
Məhərrəm Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər