Zakir Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir

Zakir Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə əkin sahələrinin su təminatı mövzusunda növbəti videokonfrans keçirilib

Zakir Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir



Konfransda Yuxarı Şirvan kanalından götürülən sularla əkin sahələri suvarma suyu ilə təmin edilən rayonların istismar idarələrinin rəhbər işçiləri ilə su bölgüsü ilə bağlı müzakirələr aparılıb. Videokonfransda Səhmdar Cəmiyyətin aidiyyəti şöbə müdirləri və mütəxəssisləri iştirak edib.

İclasda Səhmdar Cəmiyyətin sədr müavini Zakir Quliyev həmin sahələrə xidmət edən suvarma şəbəkələrində, nasos stansiyalarda təmir işlərinin vaxtında başa çatdırılması, suvarmada olan çətinliklərin aradan qaldırılması və mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə əkin sahələrinin suvarma suyu ilə təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, rayonlararası yeni su bölgüsü qrafikləri hazırlanaraq, onların icrasına başlanmışdır.

Bakuxeber.info olaraq bu şərəfli insan - “Meliorasiya və Su təsərrüfatı” ASC-nin sədrinin müavini Zakir Quliyev haqqında məqalə hazırlamağı özümüzə borc bildik.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Zakir Quliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Zakir Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Zakir Quliyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Zakir Quliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Meliorasiya və Su təsərrüfatı” ASC kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və rəhbərliyin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər