Soltan Camalov dövlətin quluğunda şərəflə çalışır - ÖZƏL

Soltan Camalov dövlətin quluğunda şərəflə çalışır - ÖZƏL


Dünən, iyul ayının 22-də Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü qeyd olunub. Bu münasibətlə rəhbərlik etdiyim Qax Suvarma Sistemləri İdarəsinin bütün əməkdaşları, üzvləri və əlbəttə ki, şəxsən öz adımdan bütün jurnalist dostlarımızı, bu sahədə şərəf və ləyaqətilə çalışan bütün insanları səmimi qəlbdən təbrik edirəm, hər kəsə öz işində yeni-yeni uğurlar arzulayıram. Qələminiz iti, sözünüz kəsərli və ən əsası da tutduğunuz mövqe hər zaman haqq və ədalətli olsun, yazılarınız isə yalnız əsil həqiqətləri əks etdirsin!

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Soltan Camalovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalovdur.

Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Soltan Camalov bu işin müqəddəsliyini qoruyub saxlayır. Soltan Camalov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Soltan Camalovdan danışdılar yaxşı ki, Soltan Camalov Qax Suvarma Sistemləri İdarəsinin rəisi təyin olunub… Soltan Camalov öz isguzarlığı ilə tanınır və seçilir….Soltan Camalov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Soltan Camalov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır! Prezident İlham Əliyevdən nümunə götürən Soltan Camalovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi! Soltan Camalov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır! Soltan Camalov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Qax Suvarma Sistemləri İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Soltan Camalov özünü doğruldub. Bizdə hörmətli Soltan Camalovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

*********************

Azərbaycanda hal-hazırda minlərlə xəbər saytları, portallar, informasiya agentlikləri fəaliyyət göstərir.

Bunların məqsədi ölkədə və ölkə xaricində baş verənləri ictimaiyyətə çatdırmaqdır. Lakin bütün xəbər saytları, onların təsisçiləri və əməkdaşları heç də bu məqsədə xidmət etmir. Bəziləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu məqsədə çatmaq üçün tənqidlə təhqiri bilərəkdən qarışdırıb, vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirirlər. Təbii ki, hamı pul qazanmaq, evini çörəklə təmin etmək istəyir. Amma kimsə şər-böhtan, şantaj və təhqir yolu ilə harama gedirsə, bu uzun çəkmir. Bunları elə-belə yazmadım. Bəzi “jurnalistlər” var ki, qapı-qapı düşüb dövlət idarələrində məmurları şantaj edərək pul dilənməklə məşğul olurlar. Belə olan halda peşəsini və dövlətini sevən əsil jurnalistlər isə normal fəaliyyət göstərə bilmirlər.

Ümumilli Lider Heydər Əliyevin miras qoyduğu siyası kursa sadiqliyi ilə seçilən Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalovun bir neçə vaxdır ki, radikal müxalifətçiliklə məşğul olan mənfur şəxslərin hədəfinə çevrilməsi (guya Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalov rayonda anarxiya yaradıb) istəyi boşa çıxdı. Və həmin şəxslər, həmişə xeyirxahlığı və kişiliyi ilə seçilən Soltan Camalova qarayaxma və böhtan xarakterli yazılarla onun imicinə xələl gətirmək amacına nail olmaq üçün əllərindən gələni etməyəkləri gülüş doğururdu. Bu səbəbdən də mediada onun haqqında böhtan xarakterli məlumatlar dərc edilir. Onlara qarşı Qara-Piar yaratmağa çalışılırdı. Ancaq bu şəxslər birdəfəlik bilməlidirlər ki, Soltan Camalov dövlət quluğunda şərəflə çalışır. Prezidentinə və xalqına layiqli olmaqla yanaşı öz həyatlarını şərəfli işlərə həsr edirlər. Xülasə kimin kim olmağını hər kəs yaxşı bilir.

Əlinə qələm alan, sayt açan, jurnalist adını daşıyan hər bir kəs bilməlidir ki, Haqq yolunu azmaqla haqqa çatmaq olmaz.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər