“Bərdə – Çörək” ASC-nin sədrlik fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışır

“Bərdə – Çörək” ASC-nin sədrlik fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışır


İnsan həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucalığına qovuşmuş bu insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur. Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbərdir. Bu şəxs kimidir? Bu şəxs A“Bərdə – Çörək” ASC-nin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyevdir. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, o qədər məsuliyyətli və diqqətçildir ki, vəzifəsi ağır və məsuliyyətli olmağına baxmayaraq, əlindən gələni əsirgəmir.

Məhərrəm Şəfiyev yüksək insanlığı ilə seçilən bir insan və “Bərdə – Çörək” ASC-nin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktorudur!

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Məhərrəm Şəfiyev “Bərdə – Çörək” ASC-nin sədrlik fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Bərdənin iqtisadi həyatında da böyük canlanma və irəliləyiş müşahidə olunur. Rayonda müasir texnologiyaların tətbiqinə əsaslanan 5 min tonluq logistik mərkəz, hər birinin tutumu 10 min ton olan iki taxıl anbarı, 5200 başlıq dörd heyvandarlıq kompleksi, quşçuluq təsərrüfatı, qüvvəli yem, süd emalı, çörək və şirniyyat istehsalı müəssisələri, ət kəsimi məntəqəsi, "CTS-Aqro" MMC-nin pambıqtəmizləmə zavodu, "Aqrolizinq"in logistik bazası, biolaboratoriya inşa edilib. "Qarabağ pambıqtəmizləmə" və "Bərdə-Çörək" ASC yenidən qurularaq müasir texnologiya ilə təchiz olunub.

Azərbaycan bu gün özünün etibarlı ərzaq təhlükəsizliyini təmin edir, kənd təsərrüfatı məhsullarına olan ehtiyacını ödəyir. Həyata keçirilən tədbirlərin nəticəsi kimi Azərbaycanda rekord həcmdə taxıl istehsal edilib. Bərdə rayonunda da məhsuldarlıq yüksək olub. Bu həm də Bərdənin sözügedən sahədə əvvəlki şöhrətinin bərpasından xəbər verir. Kənd təsərrüfatında qazanılan uğurlar, əldə olunan bol məhsul iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyevin rəhbəri olduğu "Bərdə-Çörək" ASC-nin də normal fəaliyyətinə, istehsal olunan un məmulatlarının keyfiyyətinə və həcminin artımına müsbət təsir göstərir. Müəssisə vətəndaşlara layiqli xidməti qarşıda əsas məqsəd kimi müəyyənləşdirməklə yanaşı, dövlət və cəmiyyət qarşısında sosial öhdəliklərini də unutmur, ölkəmizin tərəqqisinə öz kiçik töhfəsini verməyə çalışır.

Regionun ən böyük çörək istehsal edən müəssisəsi olan “Bərdə-Çörək” ASC-nin idarə heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyev -müəssisə 1980-cı illərin əvvəllərində xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə tikilib istifadəyə verilib. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq “Bərdə-Çörək” ASC yenidən qurularaq, müasir avadanlıqlarla təchiz edilib. Sutkalıq istehsal gücü 55 ton olan zavodda gündəlik 10-12 ton çörək istehsal olunur. Müəssisə Bərdə və ətraf rayonların əhalisinin yüksək keyfiyyətli çörəklə təmin edilməsində mühüm rol oynayır.

Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də sahibkarlarla müntəzəm görüşlər keçirir, sahibkarlığın inkişafı istiqamətində tövsiyə və tapşırıqlar verir. Dövlət başçısının tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad olunması bu sahədə qiymətin sabit qalmasına səbəb olub. Çörəyin maya dəyərinin aşağı düşməsi həm sahibkarlara stimul yaradır, həm də əhalinin sosial rifahının yaxşılaşmasına öz töhfəsini verir.

Sahibkarlara göstərdiyi yüksək qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirən Məhərrəm Şəfiyev ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində bundan sonra da əzmlə çalışacaqlarını bildirib.

“Bərdə – Çörək” ASC-nin sədrlik fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışır
“Bərdə – Çörək” ASC-nin sədrlik fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışır
“Bərdə – Çörək” ASC-nin sədrlik fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışır
“Bərdə – Çörək” ASC-nin sədrlik fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışır
“Bərdə – Çörək” ASC-nin sədrlik fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışır
“Bərdə – Çörək” ASC-nin sədrlik fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışır
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər