İnkişafın mərkəzindəki doğma Biləsuvar şəhəri

İnkişafın mərkəzindəki doğma Biləsuvar şəhəri












Bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi son illərdə Azərbaycanda da rayonların və şəhərlərin inkişafına xüsusi diqqət və qayğı göstərilir

İnkişafına xüsusi diqqət ayrılan bölgələrimizdən biri də Biləsuvar şəhəridir. 25 kənddən ibarət olan şəhərin küçələrində nəqliyyat vasitələrinin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə yeni yollar salınır, təmirə ehtiyacı olan küçələrə yeni asvalt örtüyü çəkilir. Ölkəmizi beynəlxalq idman yarışlarında təmsil etmələri üçün şəhərdə inşa edilən Biləsuvar Olimpiya İdman Kompleksi 2008-ci ildən etibarən qapılarını gənclərimizin üzünə açıq elan edib. Ölkə Prezidenti və Biləsuvar İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərdə işsizlərin sayını azaltmaq üçün 2003-cü ildən bu ilə qədər 23 000-ə qədər iş yeri inşa edilib.

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin olduğu rayon hər bir vətəndaşın probleminə diqqətlə yanaşır, ilk növbədə müraciətlərin yaranması səbəblərinin aradan qaldırılması üçün ciddi tədbirlər həyata keçirir. Müraciət edən hər bir vətəndaş qrafikə uyğun olaraq Biləsuvar Rayon İcra Hakimiyyətində qəbul olunur, onların qaldırdıqları problemlərin həlli istiqamətində icraçı şəxslərə konkret tapşırıqlar verilir, icra barədə vətəndaşlara rəsmi cavablar göndərilir. Vətəndaşların qəbulu bütün iş günlərində, habelə şənbə və bayram günlərində də aparılır. Aparatın özündə və yerlərdə keçirilən səyyar qəbullar zamanı qaldırılan məsələlər müsbət həll olunur, müvafiq izahatlar verilir, icrada olan müraciətlər isə nəzarətdə saxlanılır. Ötən il olduğu kimi, bu il də əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı göstərilməsi diqqətdə saxlanılan ən vacib məsələlərdən biri olub, yaxın yaşayış məntəqələrinin hamısında əmək haqlarının, pensiya və müavinətlərin ödənişi plastik kartlarla keçirilib. Rayon İcra Hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi iştirakçısı və veteranına, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Çernobıl əlillərinə və sosial müdafiəsi zəif olan digər əhali təbəqəsinə ərzaq və pul yardımı göstərilir. Bundan əlavə, sosial vəziyyəti ağır olan insanlara fərdi ev tikmələri üçün sement, mişar daşı və digər tikinti materialları verilib. Bu qəbildən olan insanlar daim rayon İcra Hakimiyyətinin və aidiyyəti təşkilatların diqqətindədir. Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunub. Belə ki, şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. Şöbənin səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlər müvafiq orqanlara göndərilir.

Ümumiyyətlə, Biləsuvar rayonu ölkəmizin modern, inkişaf etmiş əyalətlərindən birinə çevrilməkdədir. Belə ki, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin olduğu rayon son illər ərzində rayonda tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının təmiri, binaların müasir üslubda tikintisi və digər infrastruktur layihələrinin icrası sürətlə həyata keçirilib. Rayonda bütün köhnə tikililər müasir və yeniləri ilə əvəz olunur. Şəhərin bütün ərazilərində tikintilər davam etdirilir və binalar müasir zövqlə inşa olunur. Əhalinin elektrik enerjisi, rabitə, qaz və içməli su ilə təmini yüksək keyfiyyətlə həyata keçirilib. Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış qərargah öz işini operativ şəkildə qurub və bu sahələrdə baş vermiş qəzaların vaxtında aradan qaldırılması üçün tədbirlər görülüb. Rayonun dinamik inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması iqtisadi göstəricilərin də artmasına səbəb olub.

Bütün bunlar belə deməyə əsas verir ki, ötən il olduğu kimi, bu il də ölkənin bir çox rayonları kimi Biləsuvar da sürətlə inkişaf edib, qarşıya qoyulmuş vəzifələrin böyük əksəriyyəti reallaşdırılıb. Ümid edirik ki, yaxın gələcəkdə Biləsuvar, onun qəsəbə və kəndləri öz simasını dəyişib daha da yenilənəcək, öz iqtisadiyyatını və büdcəsini tamamilə yerli resurslar hesabına formalaşdıracaq, uğurları sırasına yenilərini əlavə edəcək.

İnkişafın mərkəzindəki doğma Biləsuvar şəhəri
İnkişafın mərkəzindəki doğma Biləsuvar şəhəri
İnkişafın mərkəzindəki doğma Biləsuvar şəhəri
İnkişafın mərkəzindəki doğma Biləsuvar şəhəri
İnkişafın mərkəzindəki doğma Biləsuvar şəhəri
İnkişafın mərkəzindəki doğma Biləsuvar şəhəri
İnkişafın mərkəzindəki doğma Biləsuvar şəhəri
İnkişafın mərkəzindəki doğma Biləsuvar şəhəri
İnkişafın mərkəzindəki doğma Biləsuvar şəhəriБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər