İşdən çıxarılan icra başçısı: Gedib evlənəcəyəm

İşdən çıxarılan icra başçısı: Gedib evlənəcəyəm












“Mən pensioner adamam”

Dünən Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Mahmud Quliyev danışıb.

AzNews.az-a açıqlama verən sabiq başçı prezidentin onunla bağlı verdiyi qərarın düzgün olduğunu deyib:

“Prezident etimad göstərdi, vəzifəyə qoydu. 16 il işləmişəm, prezidentə minnətdaram. İndi də işimdə nöqsanlar olduğu üçün prezident vəzifədən çıxarılmağımla bağlı qərar verib. Çox düzgün qərardır. Mən özüm də çıxmaq istəyirdim. Onun bu qərarından razıyam”.

M.Quliyev işdən çıxarıldıqdan sonra Prezident Administrasiyasından verilən açıqlamaya da münasibət bildirib:

“Nə deyiblərsə düzdür. Yəqin etimadı itirmişəm, nəsə iradlar var”.

M.Quliyev “bundan sonra nə işlə məşğul olacaqsınız” sualına isə belə cavab verib:

“Mən pensioner adamam. Gedib ailə quracağam”.

Qeyd edək ki, Mahmud Quliyevin 63 yaşı var və ailəlidir.

Xatırladaq ki, Mahmud Quliyev bir müddət əvvəl vətəndaşları təhqir etməsi və söyməsilə gündəmə gəlmişdi. Dünən isə Prezident İlham Əliyev Mahmud Quliyevin və Laçın rayon İcra Hakmiyyətini başçısı Akif Səlimovun işdən azad olunması ilə bağlı sərəncam imzalayıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər