Yardımlı ölkənin modern, inkişaf etmiş əyalətlərindən birinə çevrilir

Yardımlı ölkənin modern, inkişaf etmiş əyalətlərindən birinə çevrilir










Rayonda hər bir vətəndaşın probleminə diqqətlə yanaşılır, onların həlli istiqamətində icraçı şəxslərə konkret tapşırıqlar verilir

Mahir Mirzəyevin Yardımlı İcra Hakimiyyəti başçının müavini olduğu rayon hər bir vətəndaşın probleminə diqqətlə yanaşır, ilk növbədə müraciətlərin yaranması səbəblərinin aradan qaldırılması üçün ciddi tədbirlər həyata keçirir. Müraciət edən hər bir vətəndaş qrafikə uyğun olaraq Yardımlı Rayon İcra Hakimiyyətində qəbul olunur, onların qaldırdıqları problemlərin həlli istiqamətində icraçı şəxslərə konkret tapşırıqlar verilir, icra barədə vətəndaşlara rəsmi cavablar göndərilir. Vətəndaşların qəbulu bütün iş günlərində, habelə şənbə və bayram günlərində də aparılır. Aparatın özündə və yerlərdə keçirilən səyyar qəbullar zamanı qaldırılan məsələlər müsbət həll olunur, müvafiq izahatlar verilir, icrada olan müraciətlər isə nəzarətdə saxlanılır. Ötən il olduğu kimi, bu il də əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı göstərilməsi diqqətdə saxlanılan ən vacib məsələlərdən biri olub, yaxın yaşayış məntəqələrinin hamısında əmək haqlarının, pensiya və müavinətlərin ödənişi plastik kartlarla keçirilib. Rayon İcra Hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi iştirakçısı və veteranına, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Çernobıl əlillərinə və sosial müdafiəsi zəif olan digər əhali təbəqəsinə ərzaq və pul yardımı göstərilir. Bundan əlavə, sosial vəziyyəti ağır olan insanlara fərdi ev tikmələri üçün sement, mişar daşı və digər tikinti materialları verilib. Bu qəbildən olan insanlar daim rayon İcra Hakimiyyətinin və aidiyyəti təşkilatların diqqətindədir. Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun Yardımlı rayon şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunub. Belə ki, şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. Şöbənin səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlər müvafiq orqanlara göndərilir.

Ümumiyyətlə, Yardımlı rayonu ölkəmizin modern, inkişaf etmiş əyalətlərindən birinə çevrilməkdədir. Belə ki, Mahir Mirzəyevin Yardımlı İcra Hakimiyyəti başçının müavini olduğu rayon son illər ərzində rayonda tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının təmiri, binaların müasir üslubda tikintisi və digər infrastruktur layihələrinin icrası sürətlə həyata keçirilib. Rayonda bütün köhnə tikililər müasir və yeniləri ilə əvəz olunur. Şəhərin bütün ərazilərində tikintilər davam etdirilir və binalar müasir zövqlə inşa olunur. Əhalinin elektrik enerjisi, rabitə, qaz və içməli su ilə təmini yüksək keyfiyyətlə həyata keçirilib. Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış qərargah öz işini operativ şəkildə qurub və bu sahələrdə baş vermiş qəzaların vaxtında aradan qaldırılması üçün tədbirlər görülüb. Rayonun dinamik inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması iqtisadi göstəricilərin də artmasına səbəb olub.

Bütün bunlar belə deməyə əsas verir ki, ötən il olduğu kimi, bu il də ölkənin bir çox rayonları kimi Yardımlı da sürətlə inkişaf edib, qarşıya qoyulmuş vəzifələrin böyük əksəriyyəti reallaşdırılıb. Ümid edirik ki, yaxın gələcəkdə Yardımlı, onun qəsəbə və kəndləri öz simasını dəyişib daha da yenilənəcək, öz iqtisadiyyatını və büdcəsini tamamilə yerli resurslar hesabına formalaşdıracaq, uğurları sırasına yenilərini əlavə edəcək.

Yardımlı ölkənin modern, inkişaf etmiş əyalətlərindən birinə çevrilir
Yardımlı ölkənin modern, inkişaf etmiş əyalətlərindən birinə çevrilir
Yardımlı ölkənin modern, inkişaf etmiş əyalətlərindən birinə çevrilir
Yardımlı ölkənin modern, inkişaf etmiş əyalətlərindən birinə çevrilir
Yardımlı ölkənin modern, inkişaf etmiş əyalətlərindən birinə çevrilir
Yardımlı ölkənin modern, inkişaf etmiş əyalətlərindən birinə çevrilir
Yardımlı ölkənin modern, inkişaf etmiş əyalətlərindən birinə çevrilir
Yardımlı ölkənin modern, inkişaf etmiş əyalətlərindən birinə çevrilir
Yardımlı ölkənin modern, inkişaf etmiş əyalətlərindən birinə çevrilirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər