İlham Əliyev gözdən əlillər üçün yeni yaşayış binasının açılışında

İlham Əliyev gözdən əlillər üçün yeni yaşayış binasının açılışında




















Prezident yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-də Bakıda gözdən əlil insanlar üçün inşa olunmuş yeni yaşayış binasının açılışında iştirak ediblər.

Bu barədə dövlət başçısının rəsmi saytı xəbər verir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verib.

Qeyd edilib ki, 12 mərtəbəli binada 132 mənzil var. Mənzillərdə yaşayış üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev binanın bir qrup sakini ilə görüşüb.

Sonra dövlətimizin başçısı mənzillərin orderlərini sakinlərə təqdim edib, xatirə şəkli çəkdirilib.

Dövlətimizin başçısı və xanımı mənzillərdə yaradılan şəraitlə tanış olublar.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 nömrəli tibbi-sosial ekspert komissiyasının və nazirliyin Nərimanov rayon əhalinin sosial müdafiəsi mərkəzinin binasının açılışında da iştirak ediblər.

Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada yaradılan şəraitlə tanış olublar.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər