Təhsil Nazirliyi sosial şəbəkədə yayılan videoya münasibət bildirdi - VİDEO

Təhsil Nazirliyi sosial şəbəkədə yayılan videoya münasibət bildirdi - VİDEO


















Müəllim qız uşağını vurur

Təhsil Nazirliyi sosial şəbəkədə müəllimin şagirdi döyməsini əks etdirən videoya münasibət bildirib.

Sosial şəbəkədə yayılan videoda görünür ki, müəllim dərsini bilməyən qız uşağının başından vurur, daha sonra isə onu təhqir edir.

Videonu yayan şəxs bildirib ki, hadisə Xırdalan şəhərindəki 9 saylı məktəbdə baş verib.

Məsələ ilə bağlı Təhsil Nazirliyi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılmış video ilə bağlı hazırda araşdırma aparılır:

“Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcəkdir”.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər