Azərbaycan Texnologiya Universitetində təhsilin yüksəlişi

Azərbaycan Texnologiya Universitetində təhsilin yüksəlişi












Süleymanov Akif Şamil oğlu 1951-ci ildə Qazax rayonunun II Şıxlı kəndində anadan olmuşdur. 1969-cu ildə II Şıxlı kənd orta məktəbini bitirdikdən sonra Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Avtomatika və hesablama texnikası fakültəsinin elektron hesablama maşınları, kompleksləri. sistemləri və şəbəkələri ixtisasına qəbul olmuş və 1972-ci ildə Azərbaycandan kənarda kadr hazılığı siyasətinə uyğun olaraq təhsilini davam etdirmək üçün Moskva Energetika İnstitutuna oxumağa göndərilmişdir.Azərbaycan Texnologiya Universitetində təhsilin yüksəlişi
A.Ş.Süleymanov 1976-cı ildə Moskva Energetika İnstitutunun Avtomatika və hesablama texnikası fakültəsinin elektron hesablama maşınları, kompleksləri, sistemləri və şəbəkələri ixtisasını bitirdikdən sonra respublikamıza qayıtmış və təyinatla Bakı Radio zavodunda əmək fəaliyyətinə başlamışdır. Zavodda kompyüter üzrə mühəndis-nizamlayıcı vəzifəsində işləmişdir. İşlədiyi müddətdə Azərbaycan Texniki Universitetində saat hesabı ilə dərslər aparmışdır.
A.Ş.Süleymanov 1984-cü ildə müsabiqə yolu ilə Azərbaycan Texniki Universitetinin Hesablama texnikası (indiki İnformasiya texnologiyaları və proqramlaşdırma) kafedrasına assistent vəzifəsinə və 1990-cı ildə isə həmin kafedrada baş müəllim vəzifəsinə seçilmişdir.
A.Ş. Süleymanov 1995-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunun İxtisaslaşdırılmış Elmi Şurasında «Diskret verilənlərin çoxdəfəli sıxma-açma sisteminin universal alqoritminin işlənməsi» mövzusunda 05.13.14- İnformasiya emalı və idarə edilməsi ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
1999-cu ildə dosent elmi adına layiq görülmüşdür.
O, fakültə Elmi Şurasının elmi katibi, kafedra müdirinin müavini və elmi işlər üzrə dekan müavini vəzifələrində çalışmışdır. 2001-ci ildən isə İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri vəzifəsinə seçilmişdir.
A.Ş. Süleymanov tələbələrin elmi işlərinə, magistrant və aspirant dissertasiyalarına rəhbərlik etmiş, kafedrada aparılan elmi-tədqiqat işlərinin yerinə yetirilməsində fəal iştirak etmiş və elmi-tədqiqat laboratoriyasının müdiri işləmişdir. 150 elmi-metodiki işin, o cümlədən 12 dərslik və bir monoqrafiyanın müəllifidir. Məqalələrinin bir qismi xarici ölkələrdə dərc edilmişdir.
O, Azərbaycanı bir sıra beynəlxalq konfranslarda təmsil etmişdir. 05.13.01- sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə Dissertasiya Şurasının üzvüdür və 7 dəfə elmlər namizədliyi dissertasiyalarına opponent təyin edilmişdir.
Universitetdə işlədiyi müddət ərzində A.Ş.Süleymanov özünü informatika sahəsində peşəkar bir mütəxəssis və müəllim kimi tanıtmış və kollektivdə böyük nüfuz qazanmışdır. Universitetin ictimai həyatında fəal iştirak etmişdir. Avtomatika və kompüter texnikası fakültəsinin və universitet Elmi Şuralarının üzvü olmuşdur.
2000-ci ilin may ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ona «Əməkdar müəllim» fəxri adı verilmişdir.Azərbaycan Texnologiya Universitetində təhsilin yüksəlişi
2011-ci ildə “İnformasiya şəbəkələrində mətn sənədlərinin emalının intellektləşdirilməsinin modelləri və üsulları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək 05.13.01-Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə texnika elmləri doktoru elmi dərəcəsi almışdır.
2012-ci ildə Azərbaycan Texniki Universiteti və Cənubi Koreya mütəxəssislərinin birgə yerinə yetirdiyi “Elektron Universitet” layihəsinə uyğun olaraq Seul şəhərində, Bauman adına Moskva Dövlət Texniki və Kipr Respublikasının Doğu Akdeniz universitetlərində İT meneceri üzrə ixtisasartırma kursları keçmiş uyğun sertifikatlar almışdır.
Hal – hazırda Dövlət qulluğuna qəbul komissiyasında müstəqil ekspert kimi fəaliyyət göstərir.
13 mart 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cənablarının Sərəncamı ilə t.e.d. Akif Şamil oğlu Süleymanov Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsinə təyin edilib.


Azərbaycan Texnologiya Universiteti ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində 1970-ci ildə Gəncə şəhərində yaradılmışdır. O zaman Azərbaycan Politexnik İnstitutunun filialı kimi fəaliyyət göstərən ali təhsil ocağı sonradan müstəqil universitet kimi respublikanın nəhəng ali təhsil ocaqlarından birinə çevrilmişdir. Universitet ölkədə mühəndis-texnoloq kadrları hazırlığı ilə məşğul olan yeganə ali təhsil ocağıdır

Biz adətən ölkənin nüfuzlu ali məktblərinin hansıolduğu sualına cavab axtararkən ik növbədə Bakıdakı təhsil ocaqlarını xəyalımızdan keçiririk. Ancaq çox vaxt unuduruq ki, regionlarda dapaytaxtdan geri qalmayan ali məktəblərimiz var. Elə Azərbaycan Texnologiya Universiteti kimi. Bir zamanlar gözdən-könüldən uzaq düşmüş bu təhsilocağına üz tutanların sayındakı nəzərə çarpacaqartım artıq əlavə şərhə ehtiyac qalmadığını isbatlayır. Necə deyərlər, elin gözü tərəzidir..
Azərbaycan Texnologiya Universitetində təhsilin yüksəlişi
Universitetdə tələbələr üçün yaradılmış şəraitdən danışıb. Belə ki, daima tələbələrin problemləri dinlənilir, onlara hərtərəfli köməklik göstərilir. Hətta universitetin rəhbəri tələbələrin problemlərini dinləmək üçün şəxsən qruplara gedir və elə yerindəcə problemin həlli istiqamətində göstərişlər verir. O, hər bir tələbə üçün qapılarının açıq olduğunu qeyd edib.

Universitetdə imtahanlar test üsulu ilə kompüter vasitəsilə götürülür. Şəffaflıq təmin edilir.

"Universitetin korpuslarında istilik sistemi bərpa olunub, daha doğrusu, yenidən qurulub Yeni laboratoriyalar yaradılıb, lazımi avadanlıqlarla təchiz olunub. Tələbə yeməkxanası təmir olunaraq tələbələrin ixtiyarına verilib. Bundan başqa universitetdə tələbələrin internet texnologiyaları vasitəsilə elmi biliklərini artırmaq üçün internet kafe fəaliyyətdədir. Universitetin idman sarayı ötən ildə çox yüksək səviyyədə tikilərək istifadəyə verilib. İdman zalı bütün lazımi avadanlıqlarla tam təchiz edilib. Orada bütün idman növləri ilə yüksək səviyyədə məşğul olmaq mümkündür.

Ulu öndərin yaratdığı və artıq şöhrət qazanan Texnologiya Universiteti, əsrarəngiz Gəncə şəhəri, səmimi və faydalı görüşlər, yüksək səviyyəli qonaq qəbulu və bir də Nizami yurdunun mehriban, qonaqpərvər insanları.




Azərbaycan Texnologiya Universitetində təhsilin yüksəlişi
Azərbaycan Texnologiya Universitetində təhsilin yüksəlişiБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər