Rusiyanın Mi-8 helikopteri sərt eniş etdi: Ölənlər var - YENİLƏNİB

Rusiyanın Mi-8 helikopteri sərt eniş etdi: Ölənlər var - YENİLƏNİB




















Helikopter neftçiləri daşıyırdı

İlkin məlumata görə, Krasnoyarsk vilayətinin şimalında qəzaya uğrayan Mi-8 helikopterində 12 nəfər həlak olub.

Bu barədə RİA Novosti-yə Qərbi-Sibir nəqliyyat prokurorluğunun rəsmi nümayəndəsi Oksana Qorbunova bildirib.

“İlkin məlumata əsasən, İqarkidən 10 km məsafədə baş verən qəzada 12 nəfər - heyət və sərnişinlər həlak olub”, - Qorbunova bildirib.

10:35

Rusiyanın Mi-8 helikopteri Krasnoyarsk vilayətinin Turuxansk rayonunda sərt eniş edib, ilkin məlumata görə, helikopterin göyərtəsində 25 nəfər olub.

Bu barədə RİA Novosti-yə regionun xüsusi xidmətlərindən olan mənbə bildirib.

“İlkin məlumata əsasən, helikopter “Turuxanavia” şirkətinə məxsusdur, göyərtədə 22 sərnişin və 3 heyət üzvü olub”, - agentliyin həmsöhbəti deyib.

“İnterfaks” mənbəyə istinadən məlumat yayıb ki, ilkin olaraq qəzada 8 nəfər, o cümlədən də 4 nəfər heyət üzvü həlak olub.

“Qəza nəticəsində səkkiz adam həlak olub, onlardan dördü ekipaj üzvü, dördü isə sərnişindir”, - mənbə bildirib.

O əlavə edib ki, helikopter İqarkadan neft hasil edilən “Krasmıy selkop” stansiyasına neftçiləri daşıyırdı.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər