Akif Çovdarovun evində axtarış aparılır - YENİLƏNİB

Akif Çovdarovun evində axtarış aparılır - YENİLƏNİBSəbayel rayon məhkəməsində A. Çovdarov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun evində axtarış aparılır.

Lent.az-ın əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Çovdarovun Badamdar qəsəbəsində yerləşən evində axtarış aparırlar.

Digər bir məlumata görə, Səbayel rayon məhkəməsində A. Çovdarov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.


***

17:44

Bir neçə gün əvvəl işdən çıxarılmış MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov həbs edilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, ev dustağı olan Akif Çovdarov bu gün saxlanılıb.

Onun barədə həbs- qəti imkan tədbiri seçildiyi bildirir. General-mayorun həbsi onlarla MTN zabitinin verdikləri ifadələr əsasında baş tutub.

Qeyd edək ki, Azərbaycan mətbuatına yaxşı tanış olan A. Çovdarov işdən qovulan Eldar Mahmudovun kassiri kimi ad çıxarmışdı. Onun MTN-də əsas vəzifəsi Azərbaycana gələn iş adamlarını soymaq olub. Rüşvət tələb edilərək təhdid edilən həmin iş adamları da Baş Prokurorluğa və Prezident Aparatına etdiyi şikayətlərində əsas fiqur kimi məhz Akif Çovdarovun adını qeyd ediblər.

Xatırladaq ki, bir müddət öncə A.Çovdarovun oğlu da Milli Məclisdəki işindən çıxarılıb. Çovdarovun bacısının kürəkəni Rafiq Hümbətov da Xətai rayon MTN-dəki rəisi vəzifəsindən qovulub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər