"Delta Telecom": DATA Mərkəzdə yanğın olub

"Delta Telecom": DATA Mərkəzdə yanğın olubAzərbaycan ərazisində internet təchizatında yaranan problem DATA Mərkəzində baş verən yanğınla əlaqədardır.

Bunu "APA-Economics"ə "Delta Telecom" MMC-nin daxili xidmət rəhbəri Anar Gülməmmədov bildirib.

"Ciddi problem yoxdur. Sadəcə olaraq DATA Mərkəzində kabellərdə tüstülənmə baş verib. Nasazlığın aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Ehtiyyat avadanlıqlar işə salınacaq. Kiçik bir hissədə ana kabellər yanıb. Ana kabel yandığına görə, internet təchizatında problem yaranıb. Hazırda ana kabel bərpa olunub", - deyə A. Gülməmmədov bildirib.

"Hadisəyə kiberhücum səbəb olmayıb", - deyə A. Gülməmmədov bildirib.

Qeyd edək ki, noyabrın 16-da günün ikinci yarısından etibarən ölkənin böyük hissəsində İnternetin kəsilməsi internet-provayderlər, bank sistemi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, bir çox elektron KİV-lərin və işində məhdudiyyətlər yaradıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər