Bakıda liftin qırıldığı məşhur restoranın adı məlum oldu

Bakıda liftin qırıldığı məşhur restoranın adı məlum oldu


Ötən gün Səbail rayonu ərazisində restoranda liftin qırılması nəticəsində 2 nəfərin ağır xəsarət alması barədə xəbər vermişdik.

“Qafqazinfo” məlumatına görə, hadisə Bayıl qəsəbəsi Aydın Nəsirov küçəsində yerləşən “Mangal Steak House” restoranında baş verib.

Nəticədə liftin təmiri ilə məşğul olan 1988-ci il təvəllüdlü Məmməd Abdulsalamov və 1978-ci il təvəllüdlü Nadir Qəhrəmanov ağır xəsarətlər alıblar.

Qeyd edək ki, hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar müəyyən edilib və ikisi də reanimasiyaya yerləşdirilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər