Bakıda ağır yol qəzası — Yaralılar var

Bakıda ağır yol qəzası — Yaralılar var


Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Report məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, “Niva” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub. Hadisə zamanı 1-i qadın olmaqla, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar ərazidəki insanların köməkliyi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. Onlardan biri - “Niva”nın sürücüsü, 1991-ci il təvəllüdlü Qəhrəmanov Şəhriyar İntiqam oğlunun vəziyyəti ağırdır.

Xəstəxanadan yaralılarla bağlı məlumat verməkdən imtina ediblər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər