Ruslar Zəngəzurdan çıxır

Ruslar Zəngəzurdan çıxır


Zəngəzur istiqamətində rus sərhədçiləri bölgəni tərk etməyə başlayıb.

Bu barədə Qafanın Nerkin Hand kənd icmasının rəhbəri Xaçatur Bağdasaryan məlumat verib.

Onun sözlərinə görə, mayın 12-də onlar rus sərhədçilərinin tarlada rabitə kabellərini yığdığını görüblər. "Yəqin ki, bölgəni tərk edirlər", - o qeyd edib.

Rusiya sərhədçiləri bu əraziyə 44 günlük müharibədən sonra Ermənistan hökumətinin təşəbbüsü ilə yerləşdirilib.

Kremlin mətbuat katibi Rusiya hərbçilərinin və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması prosesinin mayın 8-də Moskvada Ermənistan və Rusiya başçılarının görüşü zamanı razılaşdırıldığını açıqlayıb. Peskovun sözlərinə görə, İrəvanın tələbi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində qalmağa davam edəcək.

Ermənistan hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyasının rəhbəri Hayk Koncoryan bildirib ki, Rusiya sərhədçiləri Basarkeçər (Geqarkunik), Zəngəzur (Sünik), Tavuş, Ararat və Dərərləyəz "Vayots Dzor" bölgələrini, həmçinin "Zvartnots" hava limanını tərk edəcəklər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər