Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq

Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq


Ermənistanın "Niyan tapan" media orqanında politoloq Boris Navasardyanla müsahibə zamanı Rusiya-Ukrayna münaqişəsi fonunda Cənubi Qafqazdakı geosiyasi durum, bölgəni gözləyən hadisələr və bu şəraitdə İrəvanla Bakının yürütdüyü siyasət müzakirə edilib.

Aparıcının son vaxtlarda Moskvanın bölgədə fəallığını təqdir etməsinə reaksiya verən erməni politoloq Boris Navasardyan deyib ki, burada ilk növbədə təqdir olunası ölkə varsa, o da Azərbaycandır. "O baxımdan da burada əhsən Rusiyadan daha çox Azərbaycana düşür", - politoloq deyib.

Ekspertin sözlərinə görə, son vaxtlarda baş verən proseslərin hələ nə qədər və hansı formada inkişaf edəcəyini deyə bilməz. "Ola bilsin ki, Ukraynadakı hadisələrin fonunda Rusiyanın Cənubi Qafqazda fəaliyyəti daha da məhdudlaşın və bu da Moskvanın bölgədən tamamilə çıxması ilə nəticələnsin. Əgər uğur əldə edərsə, o zaman tamamilə fərqli situasiya yaranacaq. Biz bölgədə Rusiyanın aktiv fəaliyyətini müşahidə etməli olacağıq. Amma proseslərin necə inkişaf etməsindən asılı olamayaraq, bütün hallarda Azərbaycan udur", - Navardasyan qeyd edib.

Azərbaycanın əldə etdiyi uğurları Prezident İlham Əliyevin 22 fevral 2020-ci il və 22 aprel 2024-cü ildə Moskvaya səfəri ilə bağlı parallelik aparan erməni politoloq deyib ki, 22 fevral 2022-ci ildəki səfər zamanı Bakı ilə Moskva arasında strateji müttəfiqlik barədə saziş imzalandı: "Prezident İlham Əliyev Moskva ilə belə bir sənədi imzalamaqla Azərbaycan suverenliyini Rusiya tərəfindən gözlənilən bütün təhdidlərdən və aqressiyalardan xilas etmiş oldu. İlham Əliyev Azərbaycanı SSRİ-ni bərpası layihəsində 2:0 hesabı ilə uddu. Bu sənədi imzalamaqla Azərbaycan Baltik ölkələrini çıxmaq şərtilə SSRİ-yə qatılmamasını tam təminatını əldə etmiş oldu".

Politoloq əlavə edib ki, Rusiyanın Azərbaycandan başqa digər hər hansı keçmiş SSRİ məkanında olan ölkələrlə belə bir sazişi yoxdur: "Rusiya geosiyasi təhlükə adı altında istənilən digər ölkənin suveren hüquqlarına və ya onun daxili işinə birbaşa müdaxilə edə bilər. Bakı Moskva ilə belə bir sənədi imzalamaqla istənilən halda Rusiyanın Azərbaycana müdaxilə etməsinin qarşısını almış oldu və Rusiya belə bir öhdəçiliyi üzərinə götürüb".

Prezident İlham Əliyevin 22 aprel 2024-cü ildə Putinlə saatlarla davam edən görüşünün əhəmiyyətinə toxunan Navasardyan deyib ki, bu görüşdə İlham Əliyev yeni şəraitə uyğun olaraq uğurunu bir daha möhkəmləndirdi: "Yəni bu o deməkdir ki, gələcəkdə Rusiyanın Ukraynada uğur əldə edib-etməməsindən asılı olmayaraq baş verən geosiyasi dəyişikliklər Azərbaycanın suverenliyinə xələl gətirməyəcək. Ermənistanı isə təhlükələr gözləyir".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər