UNUTSAQ UNUDULARIQ

UNUTSAQ UNUDULARIQ


ZÖHRABIN DƏYİRMANI ADLA DEYİLİRDİ....
Əslində dəyirman o vaxtkı S. Vurğun adına kolxozun balansında olub kolxozçulara xidmət göstərən bir obyekt idi..ancaq 70 - 90 cı illərdə Zöhrab Qasımovun müdir olduğu ərzaq dəyirmanı adla deyilirdi. Ciddi intizam, düzlük, halallıq var idi bu dəyirmanda, elə buna görə rayonun bir çox kəndləri, eləcə də Cəlilabaddan taxıl gətirib çəkirdilər burda, bəzən gecələməli də olurdular, çünki növbə çox olurdu. O vaxt bir hadisənin şahidi olan, adının çəkilməsini istəməyən bir nəfər söhbət edəndə maraqlı bir əhvalat danışırdı. Deməli bir nəfər imkansız olduğu üçün dəyirmanda başqasının taxılını çəkməyə kömək etməyinin müqabilində 50 kq un götürməli imiş . Bunu eşidən Zöhrab kişi o adamın ailə vəziyyətini də öyrənir ,onları yola salanda bir kisə də unu özündən əlavə pay verir....
Xeyirxah, gözü- könlü tox olan bir insan idi Zöhrab Qasımov. İndi də adı gələndə hamı ' allah rəhmət eləsin, yaxşı adam idi" deyir. Bax bu idi uzun illər dəyirmançı kimi tanıdığımız Zöhrab Qasımovun sağlığında qazandlğı, eldən, obadan aldığı dəyər, qiymət !
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər