8 saylı Ərazi Vergi İdarəsinin rəisi Elçin Kazımov etimadı daim doğruldub ..

8 saylı Ərazi Vergi İdarəsinin rəisi Elçin Kazımov etimadı daim doğruldub ..










Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Mətbuat bütün dövrlərdə cəmiyyətin güzgüsü rolunu oynayıb. Mətbuat başqalarının görmədiyi görüntüləri ortaya çıxarmaqla, əslində cəmiyyətdə əmin amanlıq balansı yaratmalıdır. Vay o, günə ki, mətbuat kimlərinsə əlində, kimlərəsə qarşı dəyənək rolunu oynamaya başladı. İndiki halda da 8 saylı Ərazi Vergi İdarəsinin rəisi Elçin Kazımov haqqında yazılarda bəzi mətbu orqanlar artıq obyektivliyini itirmiş, cəmiyyətdə yalnız qana zəhər ifrazedən zob funksiyasını yerinə yetirən kimi görsənir. Bələ hərəkətlər cəmiyyətin gözü olan mətbuatı urvatsızlaşdırır, onu dəyərdən salır. Zatən, bəzi media orqanlarında qələmə alınan cızma-qaraların qərəz məhsulu olması, hansı xırda maraqlara xidmət etməsi hər kəsə gün kimi aydındır. Necə ki, son yazılardan sonra gerçək durum media mənsublarının özü tərəfindən müşahidə olunaraq qələmə alındı.

Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 8 saylı Ərazi Vergi İdarəsinin rəisi Elçin Kazımovdur.

Elçin Kazımov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın siyasi kursunu və iqtisadi strategiyasını dəstəkləyir, işlədiyi kollektivdə təbliğ edir.

Vergilər Nazirliyi öz əməkdaşlarının etik davranış qaydalarına əməl etmələrinə, vergi ödəyicilərinin və vətəndaşların bu məsələ ilə bağlı müraciətlərinin araşdırılmasına xüsusi diqqət yetirir. Vergi işçisi cəmiyyətdə yüksək mövqeyə malik olduğuna və vergi ödəyicisinin vəziyyətinə ciddi təsir göstərmək iqtidarında olduğuna görə öz fəaliyyətini yüksək səviyyədə həyata keçirməlidir. Vergi işçisinin ictimaiyyətlə əlaqədə atdığı hər bir addım özündə peşəkarlıq, nəzakət və ədalətli əks etdirməlidir. Nazirliyin bu sadalanan prinsiplərə ciddi riayət olunduğu, fəaliyyəti təqdir edilən struktur vahidlərindən biri də 8 saylı Ərazi Vergilər idarəsidir. İdarənin rəisi Elçin Kazımov dövlətə sədaqətli, fəal vətəndaşlıq mövqeyinə malik ziyalılarımızdandır. Onunla söhbətimiz zamanı müşahidəmizdən əmin olduq ki, insani kefiyyətləri daha yüksək, vətəndaşlarla münasibətdə münasibətlərində daha təmkinli, daha həssasdı. Bu amil də onun böyüyüb boya – başa çatdığı ziyalı ailəsində aldığı yüksək tərbiyədən irəli gəlir.

İnanırıq ki, təcrübəli vergi mütəxəssisi Elçin Kazımovun rəhbərliyi altında 8 saylı Ərazi Vergilər İdarəsinin kollektivi bundan sonra da səylə çalışacaq, dövlətimizin büdcəsinin zənginləşməsinə, milli müstəqil iqtisdadiyyatımızın formalaşmasına, vergi maarifçiliyinin və vergi mədəniyyətinin inkişafına əhəmiyyətli töhfələr verəcəklər.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər