Füzuli rayonunda təhsilə diqqət və qayğı yüksək səviyyədədir

Füzuli rayonunda təhsilə diqqət və qayğı yüksək səviyyədədir











Bakuxeber.info informasiya agentliyinin verdiyi məlumata görə, son günlər jurnalistlər Füzuli Rayon Təhsil şöbəsinin müdiri Ramella xanım Məmmədovanı öz faktsız, sübutsuz yazıları ilə şantaj edirlər.

Əgər jurnalistikanın prinsiplərini və qanunauyğunluqlarını nəzərə alsaq, jurnalist dəlil, sübut olmadan heç bir xəbəri fakt kimi yaza bilməz. Bundan başqa fakta söykənməyən hər hansı xəbəri yazmaqla şəxsiyyətə toxunma birbaşa cinayət məsuliyyətidir. Bəs görəsən belə xəbərləri yazıb sayta yerləşdirəndə o sayt rəhbəri hara baxır? Bəs görəsən şəxsiyyət və onun ailəsi haqqında sübutsuz gedən yazılardan sayt rəhbərləri nə mənafe güdür? Pul, yoxsa şan-şöhrət? Araşdırmalarla məşğul olan bir jurnalist kimi mən də bu menafeləri təhlil etməyə çalışdım. Füzuli Rayon Təhsil şöbəsinin müdiri Ramella xanım Məmmədovanın özü və təhsili ilə bağlı son günlər yalan və sübut edilməyən, mənbəyi olmayan bir çox yazılar mediada öz əksini tapdı. Halbuki Ramella xanım Məmmədovanın təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən, təhsilin inkişafı istiqamətində gördüyü işlərdən heç kim yazmır. Bir məqama da diqqət etmək yerinə düşər ki, bir xanım haqqında şantaj xarakterli yazılar yazıb adlarını jurnalist qoyan "bəziləri" Xanım , Qadın sözlərinin mənasını bilirlərmi? Yəqin ki bilmirlər. Çünki bilsəydilər bir xanımı yalan yazılarla şantaj yox, tam əksinə, həmin xanımın gördüyü işləri gündəmə gətirib qadınların nə qədər güclü iş bacarığının olduğunu ortaya qoyardılar. Amma heç də faktsız, sübutsuz yazılara o qədər də önəm vermək lazım deyil, əksinə iş fəaliyyətini daha da inkişaf etdirib uğur qazanmaq lazımdır. Bizim haqqında söhbət açdığımız Ramella xanım da məhz uğurlu iş fəaliyyətini davam etdirir. Faktsız- sübutsuz olan yazılar, xəbərlər sadəcə məqsəd yönümlü olaraq nəzərdə tutulub və bisavadlıqdan xəbər verir. Bütün bunların şahidi olduqda isə belə məqamlar gülüş doğurur. Əziz həmkarlar hər hansı bir fərd haqqında xəbər yazanda mütləq fakt göstərin ki," bisavad "görünməyəsiniz.

******

Ölkəmizdə təhsilin inkişafı dövlət tərəfindən hər zaman himayə olunub, bu sahə tərəqqisinə xüsusi önəm verilən prioritet istiqamətlərdəndir. Bütün ölkə boyunca müşahidə edilən təhsil islahatları, təhsillə bağlı reallaşan mütərəqqi layihələr özünün müsbət nəticələrini verməkdədir. Qürurverici hal isə ondan ibarətdir ki, bu islahat və irəliləyişlər təkcə paytaxt Bakıda deyil, əyalətlərdə də hiss olunur. Bu baxımdan özünün dinamik inkişaf dövrünü yaşayan Fizuli təhsili diqqətləri daha çox cəlb edir. Cəbhə bölgəsinə yerləşəşən Füzuli rayonunda təhsilə xüsusi diqqət və qayğının nəticəsidir ki, bu rayon bir qayda olaraq özünün yüksək nəticələri ilə digərlərindən fərqlənib. Burada müəllim sözünü, şərəfini və qürurunu bu adı daşıyan insanlar həmişə uca tutublar. Bütün bu inkişafda və təhsil nailiyyətlərində isə sözsüz ki, rayon icra hakimiyyətinin başçısı Alı Alıyev və Füzuli rayon təhsil şöbəsinin müdiri Ramella xanım Məmmədovanın çox böyük xidmətləri var. Ramella xanımın rəhbərliyi altında Füzuli rayonunun təhsili illərdir ki, arda-arda müxtəlif nailiyyətlər qazanıb. Bu isə Ramella xanımın peşəkar rəhbər olmasının bariz nümunəsi sayılmalıdır.

Füzulidə artıq belə bir ənənə formalaşıb ki, hər il ali məktəblərə daxil olan məzunlarla Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri şəxsən görüşür, onlara qiymətli hədiyyələr verilir. Sözsüz ki, bu da rayonda təhsillə bağlı normal atmosferin hökm sürməsindən xəbər verir. Görünür, elə bunun nəticəsidir ki, bu gün Füzuli təhsili bir çox rayonlar üçün örnək sayıla bilər. Biz isə öz növbəmizdə bu şətin, şərəfli və məsul işdə Füzuli rayon təhsil şöbəsinin müdiri Ramella xanım Məmmədovaya yeni-yeni müvəffəqiyyətlər arzulayırıq. Qoy, Füzuli təhsili indi olduğu kimi hər zaman zirvələr fəth etsin.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər