Şər və Böhtan yazanlara tutarlı cavab - Füzuli Rayon Təhsil şöbəsinin müdiri Ramella xanım Məmmədova - Özəl

Şər və Böhtan yazanlara tutarlı cavab - Füzuli Rayon Təhsil şöbəsinin müdiri Ramella xanım Məmmədova  - Özəl










Füzuli Rayon Təhsil şöbəsinin müdiri Ramella xanım Məmmədovanın adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsiyirlər..

Füzuli Rayon Təhsil şöbəsinin müdiri Ramella xanım Məmmədovanın üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır. Belə ki Ramella xanım dərs də dinləyir, məktəblərin təmiri, digər çatışmazlıqlarla da ciddi məşğul olur. Ramella xanım Məmmədova tədrisin səviyyəsinin yüksəldilməsi üçün maddi-texniki bazanın möhkəmləndirilməsini əsas amillərdən sayır. Qəribə görünsə də şöbənin müdiri bu tədris ilində şöbənin əməkdaşları ilə birgə bütün tədris müəssisəsində olmuş, kollektivlə görüşmüş, tədrisin vəziyyətini yüksəltmək üçün təklif və tövsiyyələrini verməklə ayrı-ayrı məktəblərdə dərslərdə olmuşdur.

Bütün kənd və şəhər məktəblərində göstərdiyi qayğıya görə məktəb direktorları müəllimlər və valideynlər təşəkkür edirlər.
Bir neçə şəhər və kənd orta məktəblərində sorğu apardıq ağız dolusu Ramella xanım Məmmədovadan danışdılar yaxşı ki Ramella xanım Məmmədova Rüstəmova təhsil şöbəsinin müdürü seçilib… Ramella xanım öz isguzarlığı ilə tanınır və seçilir….

Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır.
Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdimedirlər.

Füzuli Rayon Təhsil şöbəsinin müdiri Ramella xanım Məmmədovanın haqqında şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki,

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......


Şər və Böhtan yazanlara tutarlı cavab - Füzuli Rayon Təhsil şöbəsinin müdiri Ramella xanım Məmmədova  - ÖzəlБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər