Qüdrət Qurbanov bağlı yazılanların heç bir əsası yoxdur

Qüdrət  Qurbanov bağlı yazılanların heç bir əsası yoxdur








Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Rəhbəri Qüdrət Qurbanovla bağlı yazılanlar şantaj imiş.

Əgər jurnalsitikanın prinsiplərini və qanuna uyğunluqlarını nəzərə alsaq, jurnalist dəlil, sübut olmadan heç bir xəbəri fakt kimi yaza bilməz. Bundan başqa fakta söykənməyən hər hansı xəbəri yazmaqla şəxsiyyətə toxunma birbaşa cinayət məsuliyyətidir. Bəs görəsən belə xəbərləri yazıb sayta yerləşdirəndə o sayt rəhbəri hara baxır? Bəs görəsən şəxsiyyət və onun ailəsi haqqında sübutsuz gedən yazılardan sayt rəhbərləri nə mənafe güdür? Pul, yoxsa şan-şöhrət? Araşdırmalarla məşğul olan bir jurnalist kimi mən də bu menafeləri təhlil etməyə çalışdım. Mənim bu dəfəki təhlilim isə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Rəhbəri Qüdrət Qurbanov haqqındadır. Real desək, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Rəhbəri Qüdrət Qurbanov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmə alırlar. Qüdrət Qurbanovun özü haqqında son günlər yalan və sübut edilməyən, mənbəyi olmayan bir çox yazılar mediada öz əksini tapdı. Halbuki Qüdrət Qurbanovun Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında apardığı islahatlar və onun çalışdığı müddət ərzində inkişaf istiqamətində gördüyü işlərdən heç kim yazmır. Bir çox rayonlarda əhalinin bir sıra şikayətlərinə baxılaraq onların problemlərinin həll edilməsi, jurnalistlərin yaxın dostu və sair bir çox misal gətirmək olar və qələmə almaq olar. Çox maraqlıdır ki, göz qabağında olan islahat, inkişaf qalıb bir tərəfdə, amma ki faktı olmayan, baş verməyən hadisələr qələmə alınıb. Mən belə düşünürəm ki, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Rəhbəri Qüdrət Qurbanovun da belə jurnalistlərə bir cavabı ola bilər ki, ” sizə gülməyim gəlir”. Bəlkə də Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Rəhbəri Qüdrət Qurbanov daha tənqidi yanaşardı belə jurnalistlərə və bu tip yazılara. Amma ki, mənim zənnimcə faktsız- sübutsuz olan yazılar, xəbərlər sadəcə məqsəd yönümlü olaraq nəzərdə tutulub və bisavadlıqdan xəbər verir. Bütün bunların şahidi olduqda isə belə məqamlar gülüş doğurur. Əziz həmkarlar hər hansı bir fərd haqqında xəbər yazanda mütləq fakt göstərin ki,” bisavad “görünməyəsiniz.

Jurnalistlərə tövsiyyəm odur ki, kiminsə haqqında əsası olmayan nəyisə yazanda, ilk növbədə özünü barəsində o cürə yazı yazılan şəxsin yerində görsünlər…Yazılanlar şər və böhtandır və jurnalistə layiq olmayan hərəkətlərdir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər