Füzuli rayonu təhsil sahəsində geniş əks-səda doğurmuşdur

Füzuli rayonu təhsil sahəsində  geniş əks-səda doğurmuşdur













P.S. Füzuli Rayon Təhsil şöbəsinin müdiri Ramella xanım Məmmədova - May Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin biri- respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür.
Füzuli rayonu təhsil sahəsində  geniş əks-səda doğurmuşdur

Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarix, bu illər ərzində xalqın həyatının bütün sahələrində baş verən dirçəliş müasir müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanı müstəqil dövlət quruculuğunun bərpasına aparan yol öz başlanğıcını əslində 1969-cu ildən-dahi rəhbərin hakimiyyətə gəldiyi vaxtdan götürmüşdü.


Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlandı. Uzaqgörən liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin mayında həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.

Ölkə daxilində yaranmış nisbi sakitlikdən və beynəlxalq aləmdə Azərbaycana qarşı artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlanan ilk neft müqaviləsinin imzalanması və gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.


Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək, qurucusunun adını əbədi yaşadacaq.


**********

Ölkədə gedən sosial-iqtisadi inkişaf rayonumuzda da uğurla həyata keçirilir. Bu baxımdan rayon Təhsil Şöbəsi də təhsilin inkişafı yönümündə fəaliyyətini yenidən qurmağa, təhsil sisteminin qarşısına qoyulan tələblərin yerinə yetirilməsinə çalışmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının uğurlu və uzaqgörən siyasəti sayəsində ölkəmizin sürətli iqtisadi tərəqqisinin nəticəsi olaraq ümumi təhsil müəssisələrində əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir tədris avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi bugünümüzün danılmaz həqiqətidir.

Təhsilimizin inkişafında Heydər Əliyev fondunun, xüsusən onun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri sayəsində “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, digər layihə və proqramlar həyata keçirilmişdir ki, bu da özünü Füzuli rayonunun təhsil sahəsində də bariz göstərmiş, cəmiyyətdə geniş əks-səda doğurmuşdur.

Füzuli rayon Təhsil Şöbəsi Füzuli rayonunun rayon statusunun yenidən bərpa edilməsi dövründən fəaliyyət göstərir. Təhsil Şöbəsi təhsilə cəmiyyətin ən əsas problemlərini özündə daşıyan sosial proses kimi baxmış, təhsilin üstün inkişafı və dövlət təhsil siyasətinin həyata keçirilməsi üçün fasiləsiz iş aparmışdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyasında Təhsilin inkişafının başlıca istiqamətlərini əks etdirən müddəaların yerinə yetirilməsi əsas vəzifə kimi qəbul edilmişdir. 1999-cu ildən Füzuli rayonunda təhsildə tamamilə yeni bir dövr başlanmışdır. “Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı "nın təsdiq edilməsi və həyata keçirilməsi rayonda təhsilin bütün sahələrini inkişaf etdirmişdir. Bu dövr ərzində təhsildə hüquqi-normativ bazanın yaradılması, öyrədici innovasiya mərhələsinin başa çatdırılması, ümumi təhsilin kurrikulumlarının hazırlanması və tədrici keçid əsas məqamlardan olmuşdur. Bütün bunların məntiqi nəticəsi kimi rayonun təhsili daimi inkişafda olmuş, yüksək nəticələr əldə etmişdir.

Füzuli Rayon Təhsil şöbəsinin müdiri Ramella xanım Məmmədova yerlərdə, xüsusi ilə ucqar kənd məktəblərində mövcud olan problemlərin həlli istiqamətini həmişə diqqət mərkəzində saxlayır.

Rayon Təhsil Şöbəsi və təlim-tərbiyə müəssisələrinin pedaqoji kollektivləri rayonun ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində gələcəkdə də ardıcıl və məqsədyönlü iş aparacaqdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər