Xızını GÖZƏLLƏŞDİRƏN ÇƏMƏNLİKLƏR

Xızını GÖZƏLLƏŞDİRƏN ÇƏMƏNLİKLƏR










Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbər, nümunəvi insan. Bu şəxs kimidir? Bu şəxs Xızının Giləzi kəndində yaşıl ot örtüyünün becərilməsi ilə məşğul olan Elburus Əliyevdir. Bu insanı hər kəs tanıyır.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Xızının Giləzi kəndində yaşıl ot örtüyünün becərilməsi ilə məşğul olan Elburus Əliyevin adı, Xızı ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

****

Son illərədək ölkə ərazisində salınan park və yaşıllıqlarda istifadə olunan yaşıl ot örtüyü xaricdən gətirilirdi. Ancaq indi park və bağlarda, yolqırağı zonalarda əkilən bu yaşıl örtük elə Azərbaycanın özündə yetişdirilir. Belə ki, şəraitdə və müasir texnologiyalarla becərilən və el arasında "qazon" adlandırılan ot örtüyü ölkənin müxtəlif regionlarında bilavasitə azərbaycanlı mütəxəssislər yetişdirilir.

Bəs, müasir park və xiyabanların salınmasında geniş istifadə olunan bu yaşıl örtüyə olan tələbat necə ödənilir? Paytaxt Bakının küçə və xiyabanlarını bəzəyən ot örtüyü daha çox haradan gətirilir?

Bəri başdan deyək ki, yerli mütəxəssislər Azərbaycanda becərilən ot örtüyü növlərinin keyfiyyət etibarilə xaricdən gətirilən yaşıl örtükdən daha üstün olduğu qənaətindədir.

Bəzən ot örtüyünün həyətyanı sahələrdə də əkildiyini deyən Elburus Əliyev bildirir ki, müştərilər arasında sadə vətəndaşlar da az deyil. Onun sözlərinə görə, nazik yarpaqlı örtük qısaömürlü olduğundan həyətyanı sahələrdə bu növdən istifadə etmirlər: "Bir hektar əraziyə 15 min manatdan artıq sərmayə qoyulur. Satış isə mövsümdən asılıdır, bəzən bir hektardan 30-40 min manat gəlir götürmək olur. Lakin son illər ölkədə bu sahə ilə məşğul olanların sayı artdığından hazırda satışla bağlı problemlər yaşanır. Çünki hazırda yaşıl ot örtüyünə tələbat çox olsa da, qiymətlər ucuzdur. Vaxtilə "qazon"un bir kvadratmetri 8 manata idisə, indi 1 manat 50 qəpikdən 4 manat 50 qəpiyədək dəyişir".
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər