Tofiq Məmmədov üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır

Tofiq Məmmədov üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır






Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir. HEYDƏR ƏLİYEV



Həqiqətəndə Azərbaycan kişisi tarix boyu həmişə öz ağlı və zəkası, ismət və fədakarlıqı, çalışqanlıqı və mərdliyi, vətənpərvərliyi, millətinə, torpağına olan hədsiz məhəbbəti və xalqımızın milli adət-ənənələri, milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır.

Dövlətimizin hər tərəfli qayğısı ilə əhatə olunan Azərbaycan kişisi milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, elm və təhsil, səhiyyə və mədəniyyət, həmçinin digər sahələrdə qazandıqları uğurlar ilə böyük nüfuz qazanmışlar.

Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən,”xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”.

-Tofiq Məmmədov əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.

- Tofiq Məmmədov yüksək insanlığı ilə seçilən bir insan və Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun drektorudur! Tofiq Məmmədov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

-Tofiq Məmmədov - əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda şagirdlərin mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Tofiq Məmmədov Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun drektoruluk fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.


Biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professoru, Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun drektoru Tofiq Sadiq oğlu Məmmədov adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsiyirlər..

T.S.Məmmədov Bolqarıstanın “Poleobotanika” jurnalının, MDB ölkələri üzrə Botanika Bağlarının Ekspert Şurasının, Türkiyə Kahramanmaraş Sütçü İman Universiteti Doğa Bölümləri dərgisinin ekspert kommisiyasının, Qafqaz üzrə Botanika Bağları Ekspert Şurasının, “Hortus Botanicus” jurnalının redaksiya heyyətinin üzvüdür. Onun təşəbbüsü və fəaliyyəti nəticəsində 2006, 2010 və 2013-cü illərdə Mərdəkan dendrarisində Beynəlxalq Botanika konfransları keçirilmişdir. T.S.Məmmədov Bakı Dövlət Universitetinin “Botanika” və Odlar Yurdu Universitetinin “Tibbi biologiya” kafedrasının professorudur. Həmin Universitetlərdə “Bəzək gülçülüyü” və “Bitki ekologiyası” proqramları T.S.Məmmədov tərəfindən tədris edilir. AMEA Botanika müdafiə şurasının sədr müavinidir. 2014-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət qulluğu məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin ekspertidir. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə azərbaycan Respublikasının Şöhrət Ordeninə layiq görülmüşdür.

Tofiq Məmmədov üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər