Sosial müavinətlərlə bağlı önəmli addım

Sosial müavinətlərlə bağlı önəmli addım







Azərbaycanda sosial müavinətlərin artırılması nəzərdə tutulur.

Bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” layihəsində qeyd olunub.

Layihədə qeyd olunur ki, sosial müavinətlər unifikasiya ediləcək, onların məbləğinin artırılması üzrə həyata keçirilən tədbirlər davam edəcək. Həmçinin, uşaqlı ailələrə verilən müavinət sistemi təkmilləşdiriləcək.

Ölkədə müasir sosial müdafiə sisteminin qurulması və yoxsulluğun azaldılması məqsədilə ailələrin sosial yardımlara olan ehtiyacının müəyyən edilməsi qaydaları təkmilləşdiriləcək, ehtiyac meyarının minimum yaşayış standartlarına uyğunlaşdırılması üçün onun həddi mütəmadi olaraq artırılacaq.(Trend)
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər