Saatlı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində İlyas Mahmudov yolu

Saatlı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində İlyas Mahmudov yolu












Son vaxtlar Saatlıda İlyas Mahmudovun gəlişindən sonra əmək və əhalinin sosial müdafiəsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi vətəndaşlara diqqətin artırılması ilə nəticələnir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahəyə göstərdiyi diqqət nəticəsində mərkəzdə və yerlərdə vətəndaşların süründürməçiliyinə yol verən şəxslər ciddi cəzalandırılıb, bu sahədə özbaşınalıq edənlər hətta məsuliyyətə də cəlb edilib

Saatlı rayon Əhalinin Sosial Müdafiə Mərkəzi xidmət etdiyi rayon ərazisində ona həvalə edilmiş səlahiyyətlər çərçivəsində başqalarının köməyinə ehtiyacı olan tənha ahıllara və əmək qabiliyyəti olmayanların (əlillərin) aşkar edilməsi, sosial məişət xidmətinə götürülməsini və onların sosial müdafiəsi üzrə tədbirlərin görülməsini, müavinətlərin, sosial yardımların qanunvericilikdə təsdiq olunmuş qaydada düzgün təyin edilməsi və aidiyyəti ödəniş müəssisələri vasitəsi ilə təyinatı üzrə vaxtında ödənilməsinə nəzarətin həyata keçirilməsini, vətəndaşlara müavinət, sosial yardım və digər ödənişlərin təminatı olan sənədlərin əldə edilməsində və bu təminatlar haqqında əhalinin məlumatlandırılması, aztəminatlı vətəndaşların sosial müdafiəsi sahəsində ictimai təşkilatlar və yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə fəaliyyət göstərilməsi vəzifəsini həyata keçirir.

Eyni zamanda Mərkəz əlillərə qanunvericilikdə nəzərdə tutulmuş kompensasiyaların və digər müavinətlərin ödənilməsini, əlillər və digər imtiyazlı şəxslər üçün qanunvericilikdə nəzərdə tutulan müvafiq vəsiqələrin verilməsi məqsədi ilə lazımi sənədlərin toplanmasında onlara köməklik edir.

Səhiyyə orqanları və digər əlaqədar təşkilatlarla birgə başqalarının köməyə ehtiyacı olan tənha ahılları və əmək qabiliyyəti olmayan vətəndaşları aşkar edir, onları sosial-məişət xidmətinə götürür, zəruri halda internat evlərinə göndərilməsini təşkil edir.

Tənha ahılların üzərində qəyyumluq və himayəçiliyin müəyyən edilməsinə nəzarət edir, ahıl və tənha vətəndaşlara müxtəlif növ xidmətlərin - ictimai-iaşə, sosial və məişət xidməti göstərilməsi barədə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırır.
Kütləvi informasiya vasitələrindən istifadə edərək əhali arasında sosial məsələlərə dair qanunvericiliyin təbliğat işini təşkil edir və aparır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər